DİM orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib
Yusif Nəzərli
10:44 20.04.2025
Elm və Təhsil
371
Bu gün Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal və Binəqədi rayonlarında, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, Daşkəsən, Şəmkir (I hissə), Gədəbəy, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Göyçay, Ucar, Şamaxı, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz (I hissə), Quba (I hissə), Füzuli, Beyləqan, Zəngilan və Cəbrayılda Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
Bu barədə "Sherg.az"a Dövlət İmtahan Mərkəzindən bildirilib.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 216 imtahan binası, 3963 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 644 imtahan rəhbəri və ümumi rəhbər, 4946 nəzarətçi, 722 buraxılış rejimi əməkdaşı (mühafizə) və 216 bina nümayəndəsi ayrılıb.
İmtahanda 53 649 şagirdin iştirakı gözlənilirdi.
İmtahanda 46 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi unutmasınlar.
İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılacaq.
Aprelin 21-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail 100 min hərbçini səfərbər etdi
21:02 01.03.2026
Dünya
Tramp: İran ABŞ-ın zərbələrindən sonra danışıqlar təklif edib
20:45 01.03.2026
Dünya
Oman və İran XİN rəhbərləri regiondakı gərginliyi müzakirə etdi
20:27 01.03.2026
Dünya
Tramp: İranın 48 lideri öldürülüb
20:10 01.03.2026
Dünya
Ərağçi: İranda rejim dəyişikliyi qeyri-mümkündür
18:55 01.03.2026
Dünya
Mahmud Əhmədinejad öldürülüb - YENİLƏNİB
17:49 01.03.2026
Dünya
Rusiya səfirliyi Azərbaycana təşəkkür edib
17:33 01.03.2026
Cəmiyyət
İranı İsrailin Beyt-Şemeş şəhərinə ballistik raketlə zərbə endirib
17:16 01.03.2026
Dünya
Türkiyə və İran XİN rəhbərləri arasında telefon danışığı olub
17:00 01.03.2026
Region
Putin Xameneinin qətlini pislədi
16:08 01.03.2026
Dünya
İlham Əliyev Pezeşkiana Xameneinin ölümü ilə bağlı başsağlığı verib
15:49 01.03.2026
Rəsmi
CIA Xameneinin yerini aylarla izləyərək müəyyənləşdirib
15:32 01.03.2026
Gündəm
Pit Heqset: "ABŞ İranla münaqişəyə başlamayıb"
15:00 01.03.2026
Dünya
Lamin Yamal futbol tarixinə düşdü
14:44 01.03.2026
Futbol
Azərbaycan və İran XİN başçılarının telefon danışığı olub
14:35 01.03.2026
Siyasət