“Distant format əyani təhsilin yerini vermir” - Dərslər başlasın !
Fidan Həmişəyeva
15:34 14.08.2020
Elm və Təhsil
816
“Düzdür, yaşı 65-dən çox olan müəllimlər yüksək risk qrupudur”
“Lakin yaşlı müəllimlərin yeri tam doldurulmur”
“Ona görə də tədris prosesini məsafəli formada həyata keçirmək olar"
Pandemiya şəraitində xüsusi diqqət yetirilməli olan məqamlardan biri də tədrisə cəlb edilən müəllimlərin böyük əksəriyyətinin yuxarı yaş qrupuna aid olmasıdır. Bu barədə Təhsil İnstitutundan bildirilib. Məlumatda qeyd olunub ki, onlar pandemiya vəziyyətində yüksək risk daşıyıcılarıdırlar:
“Yüksək risk qrupuna aid müəllimlərin sağlamlığının qorunması prioritetlərdən biri olmalıdır”.
İndiki şəraitdə xalqın sağlamlığının daha vacib olduğunu deyən millət vəkili Tahir Kərimli “Sherg.az”a söyləyib ki, restoran və kaferlərin fəaliyyətinə müəyyən məsafə saxlamaqla icazə verilir. Bunu təhsil sistemində də tətbiq etmək olar. Deputat qeyd edib ki, bir sıra dövlətlərdə universitet və orta məktəblər yenilənir:
“Onların hamısı müəyyən hədlərlə fəaliyyət göstərir. Uşaqlar bir-birindən şəffaf şüşələrlə ayrılırlar ki, təmasda olmasınlar. Düşünürəm ki, bu qaydalara əməl etməklə ölkəmizdə dərslər keçirilə bilər. Düzdür, distant təhsil çox məşhurlaşıb, faydalıdır, müasir təhsil sisteminə keçiddə böyük rol oynayır.
Amma bu, faktiki təhsilin yerini vermir. Ona görə sosial məsafəni gözləmək şərtilə əyani təhsil sistemini bərpa etmək lazımdır”.
Parlamentarinin sözlərinə görə, ola bilsin ki, pandemiya 65 yaşdan yuxarı olan şəxslər üçün təhlükəli vəziyyət yaradır. Amma koronavirus qocaya və cavana baxmır:
“Düzdür, yaşı 65-dən çox olan şəxslər yüksək risk qrupudur. Lakin yaşlı müəllimlərin yeri tam doldurulmur. Onların dərs keçmək keyfiyyəti, təcrübəsi yüksəkdir. Ona görə də tədris prosesini məsafəli formada həyata keçirmək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Nəhyanla İranı müzakirə etdi
01:23 05.09.2026
Region
Özbək gəlin 4 milyon manatlıq qızıllarla yoxa çıxdı
22:49 04.09.2026
Maraqlı
Tramp bəzi ölkələrlə ticarəti azaltmaq istəyir
22:08 04.09.2026
Dünya
Azərbaycanlı müğənni qəzaya düşdü
21:35 04.09.2026
Şou
Si Cinpin böyük biznes nümayəndə heyəti ilə ABŞ-yə səfər edəcək
21:24 04.09.2026
Dünya
Zelenski: Uitkoff və Kuşner 6 sentyabrda Kiyevə səfər edəcək
21:12 04.09.2026
Aktual
"Beyin köçünün qarşısını almaq lazımdır!” - Ekspert
20:53 04.09.2026
Aktual
Meloni Prezident İlham Əliyevə təşəkkür edib
20:35 04.09.2026
Siyasət
“Paşinyanın sülh göyərçini obrazına aldanmayaq!” - Rufiz Hafizoğlu
20:21 04.09.2026
Gündəm
“Rusiya hava məkanını tam qoruya bilməyəcək” - Hüseyn Fazla
20:10 04.09.2026
Gündəm
Kiyevə dron hücumu nəticəsində 9 nəfər yaralanıb
19:34 04.09.2026
Dünya
Moskva İrəvanın real niyyətindən xəbərdardır - ŞƏRH
19:26 04.09.2026
Siyasət
Aygünlə Namiq illər sonra yenidən duet oxudular - VİDEO
19:18 04.09.2026
Şou
Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb
19:15 04.09.2026
Siyasət