Distant təhsilin dayandırılması daha məqsədəuyğundur
07:57 29.09.2020
Elm və Təhsil
1137
Osman Gündüz: "Hərbi vəziyyətlə əlaqədar olaraq internetə qoyulan məhdudiyyətlər tam doğru bir qərar idi"
Cəbhə bölgəsində yerləşən 444 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib.
Ötən gündən başlayaraq təcavüzkar Ermənistanın silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb və xüsusilə də mülki əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub. Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və sosial obyektləri atəşə tutması nəticəsində mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib.
Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Şərq"ə açıqlamasında bildirib ki, ölkədə hərbi vəziyyətlə əlaqədar olaraq internetə qoyulan məhdudiyyətlər tam doğru bir qərar idi. O.Gündüz vurğulayıb ki, hazırkı durumla bağlı olaraq distant təhsilin qısamüddətlik dayandırılması daha məqsədəuyğundur:
"Hazırda televiziya vasitəsilə alternativ tədris proqramları verilir. Üstünlüyün ona verilməsi və distant təhsilin müvəqqəti dayandırılması doğru olar. Onsuz da internet üzərində istifadə zamanı başqa məqamlar da ortaya çıxır. Nəzərə alaq ki, onlayn təhsil prosesində vatsapdan daha çox istifadə edilir. Bu zaman valideynlər, müəllimlər, şagird və tələbələrin bir çoxu həmin proqramdan istifadə etmək üçün vpn-lərə üstünlük verirlər.
Onlar isə daha çox təhlükə törədir. Düzdür, bloku açmağa, baryeri açmağa kömək eləsə də, vpn-lər həm milli, həm də vətəndaşların təhlükəsizliyi üçün təhlükəli risklər yaradır.
Bu məqsədlə hərbi vəziyyətdə distant təhsilin dayandırılması və televiziyada tədris proqramlarının keçirilməsini labüd hesab edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Fransadakı iğtişaşların əsas səbəbini açıqlayıb
01:20 20.10.2026
Aktual
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region