Distant təhsilin keçirilməsi mümkün deyil
06:04 06.10.2020
Elm və Təhsil
1092
Yaxın günlərdə dərslər 4 günlüyə keçə bilər
Oktyabrın 5-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdləri həftədə 3 dəfə əyani təhsilə cəlb ediliblər. Təhsil Nazirliyindən verilən məlumata görə, bununla da onların əyani formada dərs saatları 8-dən 10 və ya 11 saata (həftəaşırı) qədər artıb. Bu, siniflər 2 yarımqrupa bölündüyü halda hər yarımqrupa düşən əyani dərslərin sayıdır. Sinifdə sosial məsafəni qorumaq mümkündürsə, şagirdlər yarımqruplara bölünmür, bu zaman 12 və ya 13 saat əyani dərs alırlar.
Yeni normalara əsasən, ölkənin digər regionlarında yerləşən və şagird sayı 200-dən az olan məktəblər bu həftədən ibtidai təhsil səviyyəsində ənənəvi formada, yəni həftədə 5 dəfə olmaqla bütöv sinif komplektində oxuya bilərlər. Bu zaman məktəb rəhbərliyi sinifdə sosial məsafənin gözlənilməsini əsas meyar götürərək qərar verməlidir. Hazırda şagird sayı 200-dən az olan və sinifdə şagird sıxlığı sosial məsafəni gözləməyə imkan verən ümumi təhsil müəssisələrinin sayı 1700-ə yaxındır. Şagird sıxlığı epidemioloji vəziyyətin tələb etdiyi normaya uyğun olmadığı region məktəblərində əyani formada dərslər həftədə 3 dəfə olmaqla davam edəcək.
Təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında bildirib ki, son günlər distant təhsilin keçirilməsi mümkün deyil. O, diqqətə çatdırıb ki, bunun əsas səbəbi isə sentyabrın 27-dən etibarən internetin verilməsində məhdudiyyətlər olması ilə əlaqədardır:
"Təhsil Nazirliyi tərəfindən verilən yeni qaydaya əsasən, ibtidai siniflərdə tədris müddəti həftədə üç gün təşkil olunacaq. Daha çox Azərbaycan dili, riyaziyyat, xarici dil fənlərinin tədrisinə üstünlük veriləcək. Çünki bu fənlər üzrə tədris yükü kifayət qədər çoxdur. Şagirdlər teledərslərdə bütün fənlər üzrə tam lazımi biliklərə yiyələnə bilmirlər".
Təhsil eksperti vurğulayıb ki, artıq iki-üç həftədən sonra dərslər ənənəvi tədris üsuluna keçə bilər:
"Ola bilsin ki, yaxın həftələrdə dərs sisteminin 4 günlüyə keçirilməsini müşahidə edək. Amma burada iki əsas məsələ var. Birincisi, təhlükəsizliyin təmin edilməsi, o cümlədən koronavirusa yoluxma sayının nəzarət altına alınması. Bildiyimiz kimi, artıq bölgələrdə şagird sayı 200-dən az olan məktəblərdə 5 günlük tədris prosesi həyata keçirilir. Bakıda isə artıq 3 gündür.
Əgər bu, yoluxmanın sayına ciddi təsir göstərməyəcəksə, yəni virusun yayılması stabil olarsa, yaxın günlərdə Bakı, Abşeron, Sumqayıtda dərslər 4 günə qədər artırıla bilər. Bu, xüsusilə ibtidai siniflərə şamil ediləcək. Ola bilsin ki, 14 gündən sonra əvvəlki təhsil sistemini görə bilək, çünki 34 həftəlik dərs yükünü çatdırmaq ibtidai siniflərdə müəyyən qədər çətinliklər törədir.
Xüsusilə şagirdlər Azərbaycan dili, xarici dil, riyaziyyat fənlərində zəruri biliklərin formalaşdırılmasında bir sıra problemlərlə üzləşirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Fransadakı iğtişaşların əsas səbəbini açıqlayıb
01:20 20.10.2026
Aktual
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region