“Dövlət təhsil ocaqları lisenziyasız fəaliyyət göstərə bilər” - Deputat
Şəymən Bayramova
13:47 16.03.2020
Elm və Təhsil
1168
Milli Məclisin Elm və təhsil komitəsinin ilk iclası keçirilib. İclasın gündəliyinə çıxarılan əsas məsələ “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi olsa da, iclasda “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişikliklər də müzakirə edilib. Dəyişiklik layihələri müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.
Sözügedən qanun layihəsi ilə bağlı dəyişiklikləri "Şərq"ə şərh edən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, burada söhbət dövlətə məxsus peşə, orta ixtisas, əlavə təhsil və ali təhsil müəssisələrinin lisenziya almadan fəaliyyət göstərməsindən gedir:
"Sözügedən müəssisələr dövlət tərəfindən yaradıldığı üçün lisenziya ilə bağlı dövlətə yenidən müraciət edilməsinə ehtiyac yoxdur. Digər təhsil müəssisələri isə əvvəlki qaydada lisenziya almaq üçün aidiyyəti strukturlara müraciət etməlidirlər. Dövlətə məxsus təhsil müəssisələrindən fərqli olaraq özəl təhsil müəssisələrinin dövlət qurumlarından lisenziya alaraq fəaliyyət göstərməsinə ehtiyac var".
Millət vəkili həmçinin, dövlətə məxsus ali təhsil müəssisələrinin lisenziya almadan fəaliyyət göstərməsinin onlara müstəqillik verilməsi ilə birbaşa əlaqəsinin olduğunu düşünmədiyini qeyd edib:
"Dövlət ali təhsil müəssisələrinin lisenziya üçün Təhsil Nazirliyinə müraciət etməsi formal bir prosedur olduğundan ləğvi müzakirə olunur. Universitetlərə müstəqillik verilməsi fərqli məsələdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət