
Ekspert: Bu il keçid balları artacaq
Yusif Nəzərli
05:33 14.05.2025
Elm və Təhsil
720
Abituriyentlərin sayı artır, rəqabət də güclənir
Bu il ali məktəblərə keçid balları arta bilər. Təhsil eksperti Kamran Əsədov bu il ali məktəblərə qəbul olmaq istəyənlərin sayında kəskin artım müşahidə edildiyini bildirib. Ən çox abituriyent sayının artımı isə 2 və 3-cü ixtisas qrupundadır. 2-ci ixtisas qrupunda ötən il ilə müqayisədə abituriyentlərin sayı 3 minə yaxın artıb. Əlbəttə, bu, rəqabət mühitini artıracaq", - deyə ekspert vurğulayıb. Ekspert onu da bildirib ki, bu il ali məktəblərə qəbul plan yeri ötən il ilə müqayisədə çoxdur. Bu heç də abituriyentlərdə arxayınlıq yaratmasın.Təhsil eksperti Elçin Süleymanov Sherg.az-a açıqlamasında qeyd etdi ki, bu il ümumi olaraq ali məktəblərə qəbul statistikası ötən illə müqayisədə, bəli, nisbətən çoxdur:

- Eyni zamanda orta ümumtəhsil məktəbləri üzrə buraxılış imtahanlarının birinci mərhələsində 300 baldan yuxarı toplayanların sayı da nisbətən yüksəkdir. Amma bunun qəbulda dövlət sifarişli plan yerlərinin sayının artmasına böyük ölçüdə təsir edəcəyini düşünmürəm. Dövlət sifarişli plan yerlərinin artırılması yeni ixtisasların əlavə edilməsiylə bağlıdır. Hesab etmirəm ki, bu, qəbulda ciddi bal artımına səbəb ola bilsin. Müəyyən spesifik ixtisaslarda, bəlkə də, mümkündür. Spesifik ixtisaslar sırasına hər il yeniləri də əlavə olunur deyə plan yerləri də buna müvafiq olaraq artırılır. Amma düşünmürəm ki, plan yerlərinin artırılması qəbulda keçid ballarının da nəzərçarpacaq dərəcədə artmasına səbəb olsun. Artım ola bilər, lakin o qədər də yüksək olmayacaq. Bu il yenə də ixtisas qrupları üzrə aparıcı universitetlərdə keçid ballarının müəyyən qədər yüksəlməsi müşahidə oluna bilər. Amma bu, o qədər də ciddi artım olmayacaq. Hesab edirəm ki, builki qəbul imtahanlarında keçid balları ortalama ötənildəkinin bənzəri olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya