Ekspert də narazıdır! :“Dərsliklər çox çətin hazırlanıb” – İslahat zərurəti !
Yusif Sultanoğlu
13:14 09.12.2020
Elm və Təhsil
584
“Ona görə də uşaqlar günün böyük hissəsini repetitor yanında, hazırlıq kurslarında keçirirlər”
“Dərslikləri sadələşdirməli, şagird sıxlığını azaltmalı, imtahanlar müəyyən qədər asanlaşdırılmalıdır”
Təhsil naziri Emin Əmrullayev şagirdlərin ev tapşırıqlarının çox olmasına münasibət bildirib. O çıxışında valideynlərin uşaqları lazımsız yerə repetitor məşğələlərinə göndərdiyini söyləyib. Uşaqların qədərindən artıq dərslə yükləndiyini xüsusi vurğulayan E.Əmrullayev öyrənmənin başadüşmə ilə əlaqəli olduğunu deyib:
“Bir şeyi çox tez və yaxud çox çətin, uzun yol ilə öyrətmək olar. Bu artıq müəllimlərin bacarığından asılıdır. Bizim tədrisin məzmunu ilə bağlı böyük müzakirələrə ehtiyacımız var. Məktəbi yükləməyimizdə əsas səbəb odur ki, çox hallarda uşaqlardan soruşmadan məzmun yazılır. Öyrənmə həm də əyləncə formasında olmalıdır. Xüsusilə də aşağı yaşlarda ki, motivasiya olsun. Bu formatlara keçmək daha çox müəllimlə bağlıdır".
Nazirin fikirlərini “Sherg.az”a dəyərləndirən təhsil ekpserti Kamran Əsədov repetitor məşğələlərinin mənfi tərəflərindən danışıb:
“Bu gün şagirdlər əlavə müəllim yanına getmədən bilik öyrənə bilmirlər. Buna səbəb dərsliklərimizin kifayət qədər çətin hazırlanmasıdır. Ona görə də uşaqlar günün böyük hissəsini repetitor yanında, hazırlıq kurslarında keçirirlər. Onlar asudə vaxtlarından səmərəli istifadə edə bilmirlər. Bütün bu hallara ikinci səbəb isə dərsliklərdə informasiya yükünün çoxluğu, tapşırıqların həddindən artıq verilməsidir. Bəzən müəllimlər uşaqlara əlavə iş dəftərlərindən çalışmalar tapşırırlar. Həm də dərs müddəti müəllimin iştirakçıların hamısı ilə maraqlanmasına bəs etmir. Siniflərdə də şagird sıxlığı olur. Məsələn normal say iyirmidir, lakin sinifdə 35-50-ə qədər uşaq var. 45 dəqiqə ərzində müəllim hər biri ilə maraqlanmağı bacarmır, müəyyən mövzuları izah etməyə vaxtı çatmır. Nəticədə uşaqlar repetitor hazırlığına gedir”.
Ekpert həmçinin şagirdlərin əlavə repetitor hazırlıqlarına üz tutmasının qəbul və buraxlış imtahanlarının çətinliyi ilə əlaqəli olduğunu söyləyib:
“Dərslikləri sadələşdirməli, şagird sıxlığını azaltmalı, imtahanlar müəyyən qədər asanlaşdırılmalıdır. Repetitor təhsili mənfi nəticələr doğurur. Həm də böyük həcmdə vəsaitin nəzarətdən kənarda qalmasına gətirib çıxarır.
Çünki qeydiyyatdan keçib, fəaliyyət göstərən repetitorlar azdır. Hesab edirəm ki, onların fəaliyyətinə lisenziya ilə icazə verilsə, bu sahədə şəffaflıq və təhlükəsizlik təmin olunacaq.
Bəzi hallarda isə repetitorlar dərs vaxtında məşğələ keçirlər. Məsələn günorta saat 3-dən sonra başlamalıdırsa, səhər saatlarında uşaqlarla məşğul olurlar. Beləliklə dərsi bölürlər.
Onu da deyim ki, 15 il bundan əvvəl şagirdlər 10-11-ci siniflərdə məşğələyə gedirdilər. İndi ibtidai sinifdən məşğələyə üz tutmağa başlayırlar. Ona görə qeyd etdiyim islahatalar aparılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət