
Ekspert: İddialar reallığı əks etdirmir
Yusif Nəzərli
07:34 26.12.2024
Elm və Təhsil
757
Azərbaycan Cənubi Qafqaz regionunda ali təhsil səviyyəsinə və elmi dərəcələrə görə sonuncu yerdə deyil
Azərbaycanın Cənubi Qafqaz regionunda ali təhsil səviyyəsinə və elmi dərəcələrə görə sonuncu yerdə olması ilə bağlı irəli sürülən iddialar reallığı əks etdirmir və bunu təkzib edən çoxsaylı faktlar mövcuddur.
Bu sözləri “Sherg.az"a açıqlamasında ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov deyib.
Ekspertin sözlərinə görə, Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə artan iştirakı və nailiyyətləri buna qarşı əsaslı sübutdur:

“UI GreenMetric 2024" kimi beynəlxalq reytinqlərdə Azərbaycan universitetlərinin sayının 12-yə çatması və 6 universitetin top-1000-də yer alması, ölkənin ali təhsil sistemində dayanıqlılıq və beynəlxalq tanınma səviyyəsinin yüksək olduğunu göstərir. Bu göstərici həm Gürcüstan, həm də Ermənistan ilə müqayisədə daha irəlidədir.
Azərbaycan ali təhsil müəssisələrinin "QS World University Rankings" və "Times Higher Education" kimi digər reytinqlərdəki mövqeləri də inkişafın sübutudur. Məsələn, ADA Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti beynəlxalq səviyyədə tanınaraq yüksək reytinqlərdə yer alır. Gürcüstan və Ermənistan universitetlərinin çoxu bu cür reytinqlərdə ya çox aşağı mövqedədir, ya da ümumiyyətlə, yer almır.
Elmi tədqiqatların sayına gəldikdə, "Scopus" və "Webof Science" kimi beynəlxalq elmi bazalarda Azərbaycan alimlərinin son illərdə dərc etdiyi məqalələrin sayında ciddi artım müşahidə edilir. 2023-cü ilin hesabatına görə, Azərbaycandan təqdim olunan məqalə sayı Gürcüstan və Ermənistan ilə müqayisədə daha yüksəkdir. Xüsusilə, təbiət elmləri, texnologiya və mühəndislik sahələrində Azərbaycanın tədqiqatları beynəlxalq səviyyədə daha çox sitat alır.
Bundan əlavə, Azərbaycan hökuməti tərəfindən təhsilə və elmə ayrılan büdcənin həcmi də artmaqdadır. 2024-cü il dövlət büdcəsində təhsil sektoru üçün ayrılmış vəsaitin 15 faizdən çox artırılması, elm və təhsil infrastrukturunun inkişafını gücləndirmək məqsədi daşıyır. Məsələn, Bakı Ali Neft Məktəbinin yeni texnoloji mərkəzləri və ADA Universitetinin beynəlxalq əməkdaşlıq proqramları bunun göstəricisidir”.
K.Əsədov deyib ki, Cənubi Qafqaz regionunda Azərbaycan ali təhsil sisteminin əsas üstünlüklərindən biri də tələbələrin beynəlxalq proqramlara çıxış imkanlarının genişliyidir:
“Erasmus+", "Fulbright", DAAD kimi proqramlarda azərbaycanlı tələbələrin və akademiklərin iştirakı Ermənistan və Gürcüstanla müqayisədə daha yüksəkdir. Bu, Azərbaycanın ali təhsil səviyyəsinin beynəlxalq standartlara uyğun inkişaf etdiyini göstərir. Azərbaycanın Cənubi Qafqaz regionunda ali təhsil səviyyəsi və elmi tədqiqatlara görə sonuncu yerdə olduğu iddiası əsaslı deyil. Ölkə beynəlxalq reytinqlərdə irəliləyişlər nümayiş etdirir, tədqiqat sahəsində nailiyyətlər əldə edir və təhsilin keyfiyyətini artırmaq üçün davamlı investisiyalar həyata keçirir. Bu faktlar Azərbaycan ali təhsilinin və elmi sahəsinin regionda ön sıralarda olduğunu sübut edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm