
Ekspert: Kadr hazırlığı istiqamətində yoxlama mexanizmi formalaşdırılmalıdır
Yusif Nəzərli
07:05 02.04.2025
Elm və Təhsil
405
Hüquq fakültəsini bitirən bir tələbə iddia ərizəsi yaza bilmirsə, bu, həqiqətən də, ciddi problemdir
"Bir çox ali təhsil müəssisələrimizdə fərqli ixtisasların tədrisi həyata keçirilir. Fikrimcə, bu, yolverilməzdir. Ümumiyyətlə, ali məktəblərin bir çoxu ixtisasların tədrisini beynəlxalq standartlara uyğun aparmır".
Bu sözləri “Sherg.az"a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Xüsusən özəl ali təhsil müəssisələrində vəziyyətin çox dəhşətli olduğunu vurğulayan ekspert bildirib ki, universitetdə mühəndislik ixtisasları verilib, amma universitetin bunu tədris etməsi üçün kifayət qədər maddi-texniki bazası yoxdur, laboratoriyaya malik deyil:

“Kor-koranə ixtisas tədris edilir və kor məzun yetişdirilir. Sabah həmin məzunlar da əmək bazarında iş tapa bilmir. Universitetin hər istədiyi ixtisası ona tədris edilməsi üçün verməməliyik. Əgər universitet maşın mühəndisliyi ixtisası açmaq istəyirsə, biz bunun üçün lazımi laboratoriyanın olmasını, maddi-texniki bazasının mövcudluğunu yoxlamalıyıq, hətta kiçik bir zavod formatlı bir praktiki tədris sinifinin mövcudluğunu tələb etməliyik. Bu ixtisasın öhdəsindən gələcək meyarlara cavab verməyən universitetlərə qətiyyən həmin ixtisaslar verilməməlidir.
Bu gün bizim bir çox ali təhsil müəssisələrini bitirən məzunlar birbaşa əmək bazarında mövqe tuta bilmir. Bunun səbəbi ali təhsil müəssisələrinin kadr hazırlığında qeyri-peşəkar olmasıdır. Bu gün bizim müəllimlik ixtisasları üzrə universiteti bitirən bir gəncimiz MİQ imtahanına girmək üçün müəllim hazırlığı və yaxud hazırlıq kursu axtarırsa, pedaqoji ixtisasları tədris edən ali təhsil müəssisələri bundan nəticə çıxarmalıdır. Bəzi ixtisaslar üzrə keçirilən bəzi fənlər tədrisdən çıxarılmalıdır”.
R.Nurəliyevin sözlərinə görə, ali təhsil müəssisələri üzrə kadr hazırlığı istiqamətində yoxlama mexanizmi formalaşdırılmalıdır:
“Hər hansı bir universitet həmin ixtisası layiqincə tədrisetmə qabiliyyətinə malik olmadıqda, həmin ixtisas ona verilməməlidir. Bu zaman illərlə rahatlamış ali təhsil müəssisələri özlərinə nəticə çıxarar. Hüquq fakültəsini bitirən bir tələbə iddia ərizəsi yaza bilmirsə, bu, həqiqətən də, ciddi problemdir. Bəzi universitetlərdə 400-500 ballıq ixtisaslar 200-250 baldır. Bu, həqiqətən də, acınacaqlı vəziyyətdir hesab edirəm. Keçid balı aşağı olan təhsil müəssisələri bu məsələ üzərində ciddi düşünməlidir. Burada iki məsələ var. Ya həmin universitetlərdə həmin ixtisaslar kifayət qədər qənaətbəxş tədris olunmur, ya da həmin ixtisasa uyğun keyfiyyətli kadr hazırlığı yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya
Tramp: Bu gecə bütün İran yox olacaq
16:45 07.04.2026
Gündəm
SON DƏQİQƏ: İstanbuldakı terrorçuların kimliyi müəyyənləşdi
16:35 07.04.2026
Gündəm
Azərbaycan qonşu ssenarilərə hazır olmalıdır - Osman Gündüz
16:24 07.04.2026
Aktual
ABŞ İranın Xarq adasındakı hərbi obyektlərə hücum edib - YENİLƏNİB
16:16 07.04.2026
Gündəm
ABŞ və İsrail İranın dəmir yolu şəbəkəsini məhv edir - YENİLƏNDİ
16:08 07.04.2026
Dünya
BƏƏ: İran qonşu ölkələrə kompensasiya ödəməlidir
15:56 07.04.2026
Dünya
Ararat Mirzoyan və Kaya Kallas arasında telefon danışığı olub
15:43 07.04.2026
Gündəm
SEPAH qonşu ölkələri təhdid etdi
15:36 07.04.2026
Gündəm
"Mehr": ABŞ və İsrail İranın Xarq adasına zərbələr endirib
15:20 07.04.2026
Gündəm
İbrahim Tatlısəs xəstəxanaya yerləşdirildi
14:46 07.04.2026
Mədəniyyət
İrana qarşı nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edildi
14:22 07.04.2026
Gündəm