Ekspertdən sosioloqa İZAH: “6 yaşlı uşaq məktəbəqədər hazırlığa gedə bilməz!”
Fidan Həmişəyeva
13:48 18.08.2020
Elm və Təhsil
4159
“Kimsə övladının 6 yaşında yox 7 yaşında məktəbə getməsini istəyirsə, uşağı fərdi məktəbəhazırlıq qruplarına yazdıra bilər”
“Amma dövlət tərəfindən həyata keçirilən strategiya üzrə 5 yaşlı uşaqların məktəbəhazırlıq qruplarında, 6 yaşlı uşaqların isə orta məktəbdə ibtidai sinifdə oxumağı tövsiyə edilir”
Sağlam Cəmiyyət İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı Feysbuk hesabında məktəbəqədər hazırlıq qruplarına aid maraqlı paylaşım edib. Sosioloq xanım bildirib ki, məktəbəqədər hazırlıq qruplarına qəbul 5 yaşda edilir. Yəni bu il valideynlər 2015 təvəllüdlü uşaqları qeydiyyatdan keçirə bilər:
“Qızım 2014 təvəllüddür, 6 yaşı iyulda oldu. Məktəbə 7 yaşında qoymağı planlamışıq, marta qədər bağçaya gedib. İndi isə qızımı məktəbəqədər qrupa yazdıra bilmərəm. Çünki qruplarda 5 yaşlılar olacaq, sistem 2014-cü il təvəllüdlü uşağı qəbul etmir”.
Bu gündən etibarən məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat başlanıb. Mart ayında isə pandemiyaya görə bağçaların bağlanması indiki halda bir çox uşağın məktəbəhazırlıq qruplarına yazıla bilməməsinə səbəb olur.
Vəziyyətlə əlaqədar “Sherg.az”a danışan tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, yeni təhsil qanununa görə, orta ümumtəhsil mətkəblərinin 1-ci sinifinə həmin tədris ilində 6 yaşı olmuş şəxslər gedirlər:
“Yəni 2020-ci ildə orta ümumtəhsil məktəblərinin 1-ci sinifinə 2014-cü ilin dekabrın 31-nə qədər anadan olmuş şəxslər daxil olur. Hətta həmin tədris ilinə qədər 8 yaşı olmuş şəxslər də gedə bilər. Amma məktəbəhazırlıq qruplarına həmin tədris ilində 5 yaşı tamam olanlar qəbul olunur. Bu gündən etibarən məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb.
Qeydiyyatdan yalnız 2015-ci ildə doğulmuş şəxslər keçə bilər. Məktəbəqədər hazırlıq qrupları dövlət tərəfindən ödənişsiz aparılır. Bu uşaqlar növbəti il 1-ci sinifə gedəcəklər. Ona görə icazə verilmir ki, yaşı 5-dən aşağı olan şəxslər bu qruplara qoşulsun”.
Ekspert vurğulayıb ki, məktəbəhazırlıq qruplarında verilən biliklər yalnız 5 yaşlı uşaqların psixologiyasına və yaş xüsusiyyətinə aiddir:
“6 yaşlı uşaqlar üçün artıq məktəb başladığına görə onlar birmənalı şəkildə digər biliklərə yiyələnməlidirlər. Bu, dünya təcrübəsində də belədir.
Azərbaycanda körpələr evi və uşaq bağçaları 1 yaşdan 5 yaşına qədər nəzərdə tutulur. 5 yaşda 6 yaşa qədər uşaqlar məktəbəhazırlıq qruplarına, 6 yaşdan yuxarı olanlar isə ibtidai siniflərə getməlidir.
Ona görə deyə bilmərik ki, “övladımın 6 yaşı var, məktəbəhazırlıq qrupuna getsin”. Kimsə övladının 6 yaşında yox 7 yaşında məktəbə getməsini istəyirsə, uşağı fərdi qaydada özəl təhsil müəssisələrinə cəlb edib fərdi məktəbəhazırlıq qruplarına yazdıra bilər.
Amma dövlət tərəfindən həyata keçirilən strategiya üzrə 5 yaşlı uşaqların məktəbəhazırlıq qruplarında, 6 yaşlı uşaqların isə orta məktəbdə ibtidai sinifdə oxumağı tövsiyə edilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə
İrana qurudan əməliyyat ola bilər - Netanyahu
11:06 20.03.2026
Gündəm
Neftçalada iki qardaş avtomobillə kanala düşərək ölüb
10:57 20.03.2026
Hadisə