Hələ gec deyil ! - Məktəbə gedəcək uşaqlarınıza evdə qaydaları məşq elətdirin
Şəymən Bayramova
09:47 01.09.2020
Elm və Təhsil
1149
"Onları səhər yeməyi yemədən məktəbə göndərməyin və gün ərzində sağlam qidalanmalarına diqqət edin"
Azərbaycanda təhsil müəssisələri mərhələli şəkildə açılacaq. Sentyabrın 15-dən ibtidai siniflər dərsə, yuxarı sinif şagirdləri isə onlayn tədrisə başlayacaqlar. Zamanla bu sinifdə təhsil alan şagirdlər üçün də ənənəvi təhsil bərpa olunacaq. Oktyabrın 1-dən etibarən 5-9-cu siniflər, oktyabrın 15-dən etibarən isə 10-11-ci sinif şagirdlərinin ənənəvi təhsilinin bərpası nəzərdə tutulur.
Məktəb binasına daxil olarkən həm müəllimlərin, həm də şagirdlərin hərarəti ölçüləcək, tibbi maskalardan istifadə olunacaq, sosial məsafə gözləniləcək, mütəmadi olaraq dezinfeksiya işləri görüləcək.
Uşaqlarını məktəbə göndərmək istəməyən valideynlərlə xüsusi razılaşma aparılacaq. Valideyn məlumatlandırılacaq ki, minimum birinci yarım il ərzində şagird valideynin nəzarəti altında həm teledərslərə baxmalı, həm məktəbin təşkil etdiyi "virtual dərslər”də iştirak etməlidir.
Məktəblərin başlanması ilə bağlı verilən qərarı son zamanların ən sevindirici xəbəri kimi dəyərləndirən pediatr Günay Rəsulovanın sözlərinə görə, bununla belə pandemiya şəraitində dərslərin davam etməsi valideynlərdə müəyyən narahatlıq doğurur. Övladı məktəbə gedən ailələr "uşaqlarımızı koronavirusdan necə qoruyaq" sualı ətrafında düşünürlər.
Məktəbə gedən uşaqların xəstəlikdən qorunması üçün vacib olan bir neçə nüansa toxunan pediatrın sözlərinə görə, uşaqların profilaktik peyvənd təqvimlərinin yerində olub-olmadığını dəqiqləşdirmək lazımdır: “Uşaqlara vurulan profilaktik peyvəndlər onları infeksion xəstəliklərlə yanaşı virusdan da qoruyur”.
G.Rəsulovanın sözlərinə görə, məktəbə gedən uşaqların sağlam olub-olmadığını müəyyənləşdirmək üçün mütləq chek-up müayinəsindən keçirmək lazımdır. Yanaşı somatik xəstəliyi olan uşaqların immun sistemi aşağı, yaddaşı isə zəif olur:
"Payız mövsümündə influenza viruslarının da mövsümü olduğuna görə, yanaşı xəstəliyi olan və risk qrupuna aid olan uşaqların hamısına influenza əleyhinə peyvəndlərin vurulmasına diqqət etmək lazımdır. Övladlarınıza məktəbdə digər uşaqlarla və kənar insanlarla təmasda ara məsafəsi gözləməyi öyrədin, hətta məşq etdirin.
Uşaqlara əl yuma və digər gigiyena qaydalarını aşılayın, çantalarına əl dezinfektantları qoyun. Sinif otaqlarının normal havalanmasına diqqət edin. Məktəbə gedən uşaqların düzgün qidalanmasına ciddi fikir verin. Onları səhər yeməyi yemədən məktəbə göndərməyin və gün ərzində sağlam qidalanmalarına diqqət edin.
Normal immunitet və virusa qarşı möhkəm müqavimətin olması üçün uşaqların bəlli bir yuxu rejimi olmalıdır. Uşaqların D vitamini, sink və Vitamin C ehtiyaclarının günlük qarşılanmasına diqqət edin.
Bu elementlər uşaq immun sisteminin qüvvətli olması üçün çox vacibdir. Xəstəlik əlamətləri hiss etdiyiniz uşaqları qətiyyən məktəbə göndərməyin və onları mütləq izolyasiya edin. Pediatra da bu haqda məlumat verin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur