İtaliya-Azərbaycan universiteti nə vəd edir?
02:19 04.02.2021
Elm və Təhsil
5481
Kamran Əsədov: "Ali təhsil bazarında rəqabət artacaq"
“Planlarımız haqqında sizə bir məsələni də qeyd etmək istəyirəm. Əminəm ki, siz bu barədə bilirsiniz. Lakin bu istiqamətdə işlər gedir. Bu məsələ Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi ilə bağlıdır. Biz artıq yer ayırmışıq. Artıq universitetin yaradılması ilə bağlı məsələ üzərində işlər başlayıb”.
Prezident İlham Əliyev fevralın 3-də İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən bu sözləri deyib.
Mövzu ilə bağlı "Şərq"lə fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədov bunun olduqca əhəmiyyətli addım olduğunu qeyd edib:
"Hazırda ölkəmizdə Fransa-Azərbaycan və Koreya-Azərbaycan birgə ali təhsil müəssisələri fəaliyyət göstərir. Ölkəmizdə xarici ölkələrin dünya reytinqli universitetlərinin filiallarının və birgə fəaliyyət göstərən ali təhsil ocaqlarının açılması çox müsbət bir haldır. Çünki Azərbaycan Avropa təhsilinə inteqrasiya edir. 2005-ci ildən ölkəmizdə boloniya təhsil sisteminə keçid edilib. İtaliya universitetlərinin də Azərbaycanda yaradılması olduqca mühüm addımdır. Bu ölkənin universitetləri dünya reytinqdə olan, müasir dövrün tələblərinə cavab verən, eyni zamanda özünün maddi-texniki bazasının güclü olmasına görə seçilən universitetlərdir".
K.Əsədov deyir ki, İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi Azərbaycan ali təhsil bazarında rəqabəti artıracaq:
"Azərbaycanda turizm-otelçilik, dizayn-memarlıq ixtisaslarında xarici ölkələrin, xüsusilə İtaliya təhsilinin təcrübəsinə çox böyük ehtiyac var. Ona görə ki, bu universitetlər qeyd etdiyim istiqamətlər üzrə dünyada çox öndədirlər. Düşünürəm ki, həmin universitetlərin yaradılması bu sahədə kifayət qədər köməyimizə çatacaq. Sözügedən məsələ Azərbaycan ali təhsil bazarında rəqabət mühitini artıracaq. O cümlədən, ali təhsil ocaqlarına Avropadan mütəxəssislərin gəlməsinə səbəb olacaqdır".
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual