Jurnalistika üzrə magistraturaya qəbul üçün 6 bakalavr “məqbul” qiymət alıb
13:51 14.06.2020
Elm və Təhsil
1226
İyunun 12-də Dövlət İmtahan Mərkəzi tərəfindən jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar üçün qabiliyyət imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, qabiliyyət imtahanında bakalavrlar koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi nəzərə alınaraq, imtahan və müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək məqsədilə onlayn müsahibələrin təşkil edilməsi üçün nəzərdə tutulmuş xüsusi proqram təminatı vasitəsilə iştirak ediblər.
Qabiliyyət İmtahanı Komissiyasının (QİK) üzvləri – Azərbaycanın Əməkdar jurnalisti Tahir Rüstəmov (“Xalq qəzeti”) və filologiya üzrə elmlər doktoru Vüqar Əliyev (Bakı Dövlət Universiteti) imtahan iştirakçılarının yaradıcılıq qabiliyyətlərini və jurnalistika üzrə nəzəri və praktiki biliklərini qiymətləndiriblər. QİK-in sədri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov imtahanda onlayn qaydada iştirak edib.
QİK üzvləri ilk növbədə bakalavrların dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika janrları üzrə yazılarını nəzərdən keçirib, onları təhlil edib və qiymətləndiriblər.
Daha sonra imtahan verən hər bir bakalavrın ümumi dünyagörüş səviyyəsini, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, KİV-lərlə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələdliyini və s. müəyyənləşdirmək məqsədi ilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində onlara müvafiq suallar verilmiş, müsahibənin gedişində komissiya üzvləri hər bir bakalavrın maraq dairəsini, erudisiyasını və ümumi mədəniyyət səviyyəsini, KİV-lərdən xəbərdar olmasını, publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları cəld və orijinal şəkildə həll etmək bacarığını, həmçinin müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran suallar veriblər. Sualları cavablandırarkən və ya yazılı tapşırıqları yerinə yetirərkən bakalavrlar intellektual səviyyələrini, dünyagörüşlərini, jurnalistika sahəsində nəzəri və təcrübi biliklərini, ədəbi dili, dil və nitq normalarını bilmələrini nümayiş etdiriblər. Bakalavrların qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçərkən doldurduqları anket sorğusuna cavabları, o cümlədən “Koronavirus (COVID-19) pandemiyası dövründə əhalinin bu sahədə maarifləndirilməsində Azərbaycanın kütləvi informasiya vasitələrinin fəaliyyətini necə qiymətləndirirsiniz?” sualına 200-250 sözdən ibarət yazılı cavabları da komissiya üzvləri tərəfindən qiymətləndirilən Qabiliyyət imtahanında hər bir bakalavra bir saat vaxt ayrılıb.
Qabiliyyət imtahanında iştirak edən 6 nəfər bakalavrın hamısı “məqbul” qiymət alıb və jurnalistika üzrə 44 saylı proqramı və jurnalistika üzrə magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanıb. Həmin bakalavrların nəzərinə bir daha çatdırırıq ki, onlar iyunun 18-dək keçirilən proqram və ixtisaslaşma seçimi müddətində müvafiq proqramı və ixtisaslaşmaları seçib elektron ixtisaslaşma seçimi ərizəsinə daxil etməli və seçimlərini təsdiqləməlidirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə