Kamran Əsədov: “Təhsil qərarları yalnız rəqəmlərlə ölçülməməlidir!”
Yusif Nəzərli
07:25 11.07.2025
Elm və Təhsil
483
“Rasionallaşdırma təxminən 100 məktəbi əhatə edəcək”. Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. Nazir bildirib ki, bu ildən məktəblərin rasionallaşdırılması aparılacaq.
ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov isə Sherg.az-a açıqlamasında deyib ki, məktəblərin rasionallaşdırılması yalnız təhsil məsələsi deyil, həm də sosial, iqtisadi və demoqrafik problemlər yarada bilər. Bu məsələni yalnız bir istiqamətdən deyil, bütün tərəflərdən təhlil etmək və optimal həll yollarını müəyyənləşdirmək lazımdır:
“Azərbaycanda əhali sayı artmasına baxmayaraq, bəzi regionlarda şagirdlərin sayı azalır. Bu, əsasən miqrasiya və aşağı doğum səviyyəsi ilə əlaqələndirilir. Xüsusilə kənd yerlərində yaşayan əhali daha çox şəhərlərə və ya xaricə köç edir. Belə hallarda həmin kəndlərdə şagird sayı azalır və məktəblər fəaliyyətini davam etdirməkdə çətinlik çəkir. Təhsil sistemində məktəblərin bağlanması və ya birləşdirilməsi problemi yalnız Azərbaycanda deyil, dünya ölkələrində də rast gəlinən bir vəziyyətdir. Lakin bu cür dəyişikliklərin tətbiqində ən vacib məqam prosesin planlı və balanslı şəkildə həyata keçirilməsidir.
Şagird sayının azalması səbəbindən məktəblərin bağlanması bəzi üstünlüklər təqdim edə bilər. Məsələn, az şagirdi olan məktəblərin fəaliyyətini davam etdirməsi büdcə üçün əlavə yük yaradır. Resursların konsolidasiyası isə daha keyfiyyətli təhsil mühitinin yaradılmasına kömək edə bilər. Lakin bu qərar eyni zamanda çox ciddi risklər daşıyır. Məktəblərin bağlanması həmin ərazilərdə təhsil imkanlarının məhdudlaşmasına səbəb ola bilər. Uzaq məsafələrə görə bəzi şagirdlər məktəbə getməkdən imtina edə bilər ki, bu da erkən təhsildən yayınma hallarının artmasına gətirib çıxarar. Bu, xüsusilə maddi çətinliklər yaşayan ailələrin uşaqları üçün aktualdır.
Digər tərəfdən, məktəblərin bağlanması müəllimlərin işsiz qalması problemini ortaya çıxarır. Təhsil müəssisələrinin bağlanması ilə həmin məktəblərdə işləyən müəllimlər iş yerlərini itirə bilər. Bu isə regionlarda müəllimlərin sayının azalmasına, nəticədə təhsil keyfiyyətinin daha da aşağı düşməsinə gətirib çıxara bilər. Müəllimlərin yenidən işlə təmin olunması üçün mexanizmlərin yaradılması bu prosesin ən vacib hissələrindən biridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət