Keçid balları niyə aşağı düşüb? – Ekspert real səbəbləri açıqladı
Fidan Həmişəyeva
13:30 25.09.2020
Elm və Təhsil
1146
“Bu, ilk növbədə qəbul imtahanındakı testlərin məzmunu ilə əlaqədardır”
“Testlər mürəkkəb olduqda, keçid balları da aşağı düşür”
Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb. Sosial şəbəkələrdə universitetlərdəki ixtisasların keçid balları ilə bağlı qızğın müzakirələr aparılır. Lakin aşağı balla ali məktəblərə qəbul olunanların nəticəsi bir çox insanda çaşqınlıq yaradıb.
“Xəzər Universitetinin dövlət sifarişli “Turizm işinin təşkili” ixtisasına keçid balı 68, Bakı Dövlət Universiteti “Beynəlxalq Münasibətlər” dövlət sifarişli keçid balı 283, ADMİU “Turizm işinin təşkili” dövlət sifarişli keçid balı 207, BDU “Turizm işinin təşkili” ixtisasında dövlət sifarişli keçid balı isə 390 baldan 252 bala enib.
Keçid ballarının kifayət qədər aşağı düşməsi böyük marağa səbəb olub. Çoxları düşünür ki, keçid ballarının bu qədər azalması tədrisin onlayn formada olması ilə əlaqədardır. Şagirdlərin az bal toplaması rəqabət mühitinə uyğun olaraq məhz keçid ballarının aşağı düşməsinə şərait yaradıb.
Mövcud durumla bağlı “Sherg.az”a danışan təhsil üzrə ekspert Nabatəli Qulamoğlu bildirib ki, keçid ballarının aşağı düşməsi ilk növbədə qəbul imtahanındakı testlərin məzmunu ilə əlaqədardır. Ekspert düşünür ki, testlər mürəkkəb olduqda, keçid balları da aşağı düşür:
“İkinci səbəb odur ki, Azərbaycan yeni təhsil sisteminə-kurrikuluma keçid edib. Qəbul imtahanı da bu təhsil sistemi ilə aparılır. Əslində ötən il də keçid balları yüksək deyildi.
Balların aşağı düşməsinin üçüncü səbəbi bu il onlayn tədrislərin keçirilməsi idi. Onlayn təhsil balların dəyişməsində müəyyən qədər rola malik oldu.
Amma hesab etmirəm ki, onlayn tədris prosesi balların azalmasına ciddi təsir göstərsin. Əsas səbəb testlərin məzmunu ilə bağlıdır. Məzmun mürəkkəb olanda, ballar da aşağı düşür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat