"Köçkün məktəblər" də işğaldan qurtarır
Məlahət Rzayeva
09:20 21.10.2020
Elm və Təhsil
1324
"Hansı məktəblərin ayrıca binası, müəyyən qədər şəraiti varsa, şagirdlərin nəticələri daha yaxşıdır"
İşğala məruz qalmış torpaqlarımızdakı təhsil müəssisələrimiz də 28 il köçkün həyatı yaşadı. Köçkün ailələrin uşaqları ibtidai sinfə ayaq basdıqları məktəblərin buraxılış sinfini başqa-başqa şəhər və qəsəbələrdə başa vurdular. O zaman hələ məktəb yaşı çatmamış uşaqlar isə doğma yurdlarından kənarda məktəbə gedib məktəbi bitirdilər. Rəşadətli ordumuzun zəfər yürüşləri artıq təhsilimizin də mənzərəsini dəyişəcək. İbtidai təhsilə Bakıda başlayanlar təhsillərini Ağdamda, Cəbrayılda, Füzulidə... davam etdirəcək, bəzi “köçkün şagirdlər”sə “Son zəngi” doğma kəndlərində, şəhərlərində eşidəcək.
Orta məktəblərin 28 illik köçkün həyatı artıq başa çatır. “Qaçqın”, “köçkün məktəbi” deyimləri leksikonumuzdan çıxır. Bu illər ərzində “köçkün məktəbləri” nəyə nail oldu, təhsildə uğura imza ata bildilərmi?
Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünün, işğal faktının digər sahələrdə olduğu kimi təhsilimizə də mənfi təsir göstərdiyini bildirdi:
- Erməni silahlı birləşmələrinin torpaqlarımıza hərbi təcavüzü minlərlə orta məktəbin, neçə-neçə təhsil müəssisələrinin öz fəaliyyətini müxtəlif ərazilərdə müvəqqəti bərpa etməsinə səbəb olub. Nə qədər orta məktəb binası dağıdıldı, infrastruktura ziyan dəydi. Məcburi köçkün məktəbləri harda gəldi, harda yer tapıldısa orada yerləşməyə başladılar. İşğal altındakı Ağdamın təkcə 100-dən artıq orta məktəbi köçkün həyatı yaşamağa başladı. Təhsil aldığı məktəbdən ayrılıb başqa bir məktəbə keçməsi şagirdin psixologiyasında dərin iz qoyur.
Şagirdlər bəzən yeni məktəbə, yeni sinif yoldaşlarına uyğunlaşa bilmirlər. İndi təsəvvür edin ki, söhbət dağılmış, işğala məruz qalmış, yurd-yuvasından didərgin düşmüş şagirddən gedir.
Təbii ki, belə bir vəziyyət məktəblinin təhsilinə, biliklərə yiyələnməsinə də təsir edəcək. Köçkün məktəbləri haralarda yerləşirdi? Yataqxana binalarında, yaşayış binalarında, bağçalarda, “QRES”də, yol ayrıcında, qoyun yatağı yerində, tövlədə... “Bəxti gətirən” məktəblər var ki, hansısa orta məktəb binasında ona da yer tapılıb. Ya da ayrıca binası var. Məsələn, Şuşa şəhər 1 saylı orta məktəbin ayrıca binası var.
Bu illər ərzində köçkün məktəblərinin həm buraxılış imtahanları, həm də ali məktəblərə qəbul imtahanlarındakı göstəricilərinə baxdıqda görürük ki, hansı məktəblərin ayrıca binası, müəyyən qədər şəraiti varsa, şagirdlərin nəticələri daha yaxşıdır, amma hansı köçkün məktəbi ki, yataqxanada, yaxud hansısa məktəbin nəzdində yerləşib orada nəticələr zəifdir. Ərazi baxımından da, tutalım Bakıda yerləşən köçkün məktəbinin nəticələri daha yaxşı olur, nəinki bölgələrdə yerləşən köçkün məktəblərinin. Həm ərazi və yerləşmə amili, eyni zamanda vahid idarəetmənin olmaması təlim-tədris nəticələrinə təsir göstərir. Paytaxtdan kənarda, pərakəndə halda yerləşən məcburi köçkün məktəblərində idarəetmə məsələlərində də problemlər yaşanır. Bunlar hamısı təbii amillərdir.
K.Əsədov qeyd etdi ki, işğal altındakı ərazilərin orta təhsil müəssisələri köçkün həyatı yaşasalar da şagirdlər arasında yüksək nəticələr göstərənlər kifayət qədər var:
- “Köçkün məktəbləri” arasında da xüsusi seçilənlər var. Şuşa şəhər 1 saylı orta məktəbin şagirdləri yeksək nəticələr göstərir. Sumqayıtda yerləşən Kəlbəcər “Köçkün məktəbi”nin şagirdləri arasında qəbul imtahanlarında 650 bal toplayanlar olub. Əlbəttə, burada həmin məktəblərin müəllim heyətinin əməyi, şagirdlərin çalışqanlığını vurğulamalıyıq.
Torpaqlarımız artıq işğaldan azad edilir. İnşallah, işğala məruz qalmış ərazilərimizin hamısı, son qarışınadək azad olunacaq və orta məktəblər də doğma torpaqlarda yerləşəcək, məktəb binaları da bərpa ediləcək, yeniləri tikiləcək. İşğala son qoyulması ümumilikdə təhsilimizin səviyyəsinin artmasına müsbət təsir edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya