Koronavirus hələ qapımızdan çəkilməyib
Məlahət Rzayeva
09:11 08.10.2020
Elm və Təhsil
1392
Təhsil müəssisələri karantin rejimi qaydalarına səhlənkar yanaşır
Məktəblərin girişində şagirdlərin hərarətinin ölçülməsində ciddi problemlər var
Təhsil Nazirliyi ölkə ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinqlər aparır. Məqsəd ümumtəhsil məktəblərində Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə əməl olunması vəziyyətinin yoxlanılmasıdır.
Bugünədək 18-i özəl, 73-ü dövlət ümumi təhsil müəssisəsi olmaqla, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən (məcburi köçkün məktəbləri də daxil olmaqla) ümumilikdə 91 məktəbdə monitorinq aparılıb. Monitorinq nəticələrinin təhlili göstərir ki, yoxlama aparılmış məktəblərdə əsas qayda pozuntuları müəssisəyə daxil olan şəxslərin müvafiq qaydada hərarətinin ölçülməməsi, müəssisədə müvafiq standartlara cavab verən xüsusi karantin otağının mövcud olmaması, həmçinin sanitar qovşaqlarda maarifləndirici posterlər və xəbərdaredici nişanların yerləşdirilməməsi ilə bağlıdır.
Aşkar olunmuş qayda pozuntularının sayı və ciddiyyəti nəzərə alınmaqla, 67 dövlət ümumi təhsil müəssisəsi ilə bağlı müvafiq tədbirlər görülüb (51 müəssisə rəhbərinə xəbərdarlıq edilib, 16-na isə töhmət verilib) və nöqsanların aradan qaldırılması üçün onlara vaxt verilib (verilmiş vaxt bitdikdən sonra həmin müəssisələrdə təkrar monitorinq keçirilməsi nəzərdə tutulur).
Eyni zamanda, qayda pozuntuları aşkar olunmuş özəl təhsil müəssisələri ilə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.
Monitorinqin növbəti günlərdə də davam etdirilərək qeyd olunan bölgələrlə yanaşı, ölkəmizin başqa regionlarında yerləşən və təsadüfi seçim əsasında müəyyən edilmiş digər məktəblərdə də həyata keçirilməsi planlaşdırılır.
Təhsil müəssisələrində karantin rejimi müddətində tələb olunan qaydaların pozulması halları ilə bağlı “Şərq”ə danışan təhsil eksperti, Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin sədri Kamran Əsədov bildirdi ki, təhsil müəssisələri xüsusi karantin rejimi dövründə təsdiqlənmiş qaydalara riayət edilməsində səhlənkar davranır:
- Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi dövründə dövlət təhsil müəssisələrinin fəaliyyəti təsdiq olunub. Bununla bağlı normativ hüquqi aktlar mövcuddur.
Dövlət təhsil müəssisələri fəaliyyətini bu normativ aktlara uyğun təşkil etməlidir. Özəl təhsil müəssisələri ilə bağlı isə belə normativ hüquqi aktlar yoxdur, çünki onların öz nizamnaməsi var.
Monitorinqlərin nəticələrindən də görünür ki, təhsil müəssisələrində karantin rejimi qaydalarına riayət edilməsində səhlənkarlığa yol verilir.
Məktəbə girişdə şagirdlərin hərarətinin ölçülməsi kimi ciddi bir məsələyə səhlənkar yanaşılır. Təhsil Nazirliyinin özü də səhlənkarlıq edir. Monitorinqlər tədris ili başlanmazdan əvvəl, heç olmasa, başlanan gündən aparılmalıydı.
Amma nazirlik sentyabrın 23-dən monitorinqlərə başladı. Monitorinqlər davamlı olmalıdır. Təhsil müəssisələri qəti bilməlidir ki, monitorinq aparılacaq, məktəb yoxlanacaq və qaydalara əməl edilməməsinə görə cavabdeh şəxslər məsuliyyət daşıyacaq.
Özəl təhsil müəəsisələri ilə bağlı məsələ daha qəlizdir. Çünki onlar kommersiya maraqlarını güdür. Şagird sayının azalmasını istəmirlər. Koronavirus isə “dövlətə”, “özəl”ə baxmır. Karantin qaydalarına əməl edilmirsə, yoluxma riski yüksəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol