Məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin və tərbiyəçi müəllimlərinin yerdəyişməsinə start verilib
Yusif Nəzərli
06:48 08.04.2025
Elm və Təhsil
300
Məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin və tərbiyəçi müəllimlərinin yerdəyişməsinə start verilib.
Bu barədə APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Qeyd olunub ki, məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən tərbiyəçi-müəllimlərin yerdəyişməsi onların müraicətləri əsasında MÜTDA-nın yerli bölmələri tərəfindən həyata keçirilir. Bu məqsədlə komissiyalar yaradılıb. Müraciətlərə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim edildikdə baxılır. Mövcud vakant yerə birdən çox müraciət olduqda şəhid ailəsi üzvlərinə, daha yüksək təhsil pilləsini bitirənlərə, pedaqoji stajı daha çox olan tərbiyəçi-müəllimlərə üstünlük verilir. Bildiririk ki, tərbiyəçi-müəllimlərinin yerdəyişməsi üçün müraciət qəbulu ildə bir dəfə, hər il aprel ayında həyata keçirilməlidir. İş yerlərini digər regionlardan Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələrinə dəyişmək istəyən şəxslər işə qəbul üzrə müvafiq müsabiqədə iştirak edə bilərlər. Qeyd edirik ki, məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin yerdəyişməsi müraciətlərinə baxılarkən namizədin intizam tənbeh tədbirinin, rəhbərlik etdiyi müəssisədə nöqsanların olub-olmaması, idarəetmə stajı, təhsil səviyyəsi kimi tələblər nəzərə alınır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxunub
17:33 05.03.2026
Hadisə
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri telefonla danışıb
17:27 05.03.2026
Siyasət
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual
İranın Azərbaycana hücumu o deməkdir ki... – “Quardian”
15:14 05.03.2026
Dünya
İran Türkiyədə İncirlik bazasını vurmaq istəyirmiş
15:11 05.03.2026
Gündəm
Dövlət Neft Fondunun rəhbərliyinə təyinat olub
15:06 05.03.2026
Gündəm
Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib
15:04 05.03.2026
Gündəm
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:01 05.03.2026
Gündəm