Müəllimlərin sevmədiyi kurikulum sistemi: Başa düşmədikləri üçün mühakimə edirlər - RƏY
Şəymən Bayramova
08:40 21.02.2020
Elm və Təhsil
1445
"12 ildir, Azərbaycanda kurikulum adlanan təhsil sistemi mövcuddur və 12 ildir, jurnalistlərdən tutmuş təhsil işçilərinin özlərinə qədər, əksəriyyət bu sistemi tənqid edir". Bu sözləri deyən filologiya üzrə fəlsəfə doktoru, naşir Rafiq İsmayılov əlavə edib:
"Hesab edirlər ki, kurikulum kütləvi savadsızlıq yaradır, qərb təfəkkürünün məhsulu olan bu sistem bizə yaramır, diaqnostik, formativ, summativ qiymətləndirmələri və formal hesabatları ilə müəllimlərin vaxtını alır, təhsilə vaxt qalmır. Təhsil sistemini daha dərindən analiz edən təhsil işçiləri, ekspertlər və bəzi təhsil məmurları isə gileylənirlər ki, kurikulum sənədində çatışmazlıqlar çoxdur; bu sənəd təftiş olunmalı və təkmilləşdirilməlidir, bu sistemi təhsildə tətbiq etməmişdən əvvəl müəllimləri bu sistemə ciddi şəkildə hazırlamaq lazımdır.
Milli natamamamlıq kompleksindən uzaq olub bir şeyi etiraf etməliyik: biz təhsildə həmişə gecikirik. Qərb bilikli insan yetişdirəndə biz ideoloji beyinlər formalaşdırırdıq. Qərb məntiqi, tənqidi təfəkkürü inkişaf etdirəndə biz biliyimizi artırmaq üçün yollar axtarırdıq. İndi dünya, təhsili yaradıcı təfəkkürə yönəlik qurur, biz isə hələ bilmirik, kurikulumla nə edək".
Kurikulum ilk dəfə müəllimlər üçün yazıldığını vurğulayan R.İsmayılov bu sənədin ən vacib hissəsi məzmun standartları ilə bağlıdır ki, fənn üzrə məzmun necə qurulacaq:
"Həmçinin qiymətləndirmə mexanizmləri olan hissə anlaşıqlı yazılmadı. Kurikulum qərbdən gələn texnologiya idi deyə, onu düzgün tərcümə edib müəllimlərə izah edən olmadı. İllərdir təhsildə bu sistem tətbiq olunsa da, o, sənədi oxumaq indinin özündə də müəllimlərə baş ağrısından başqa bir şey vermir. 12 ildir Azərbaycan dili fənn kurikulumu ilə məşğulam. Mövcud standartlarla necə bir dərslik yazım ki, müəllimlər rahat dərs keçə bilsin, deyə fikir edirəm".
R. İsmayılovun sözlərinə görə, kurikulum sənədində o, qədər formal məqamlar var ki, onu tərtib edənlər həmin hissələri qabartdılar:
"Kurikulumun mahiyyətini açıqlayası məqamlar isə kölgədə qaldı. Müəllimlər də bu sistemi başa düşmədikləri üçün mühakimə etdilər. Halbuki kurikulum əvvəlki təhsil sistemi fəlsəfi baxımdan çox mütərəqqi sistemdir. Bunu daha başadüşülən şəkildə yazıb, mahiyyətini düzgün açıqlasalar, müəllimlər bu, qədər başağrısı yaşamazdı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Qalibafın paylaşımından sonra neftin qiyməti artıb
23:45 10.04.2026
Region
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
23:07 10.04.2026
Dünya
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm