Onlayn dərs, yoxsa vaxt itkisi? - "İnternet problemi aradan qaldırılmalıdır"
11:08 03.11.2020
Elm və Təhsil
2315
"Tələbələrin və müəllimlərin dərsə notivasiyası aşağıdır"
“Distant təhsildə qayıb olmamalı və tələbənin öhdəsinə buraxılmalıdır”
“Problemi yaradan tələbələrin dərsə davamiyyətsizliyi deyil. Əksinə internet problemləri tələbələrə motivasiya, stimul vermir”
Bütün dünyada olduğu kimi Azərbaycanda da COVID-19 pandemiyası dövründə tədrisin distant formata keçirilməsi zərurəti yarandı. Və buna dair konkret qərar verildi. Müharibə vəziyyətinin başlaması ilə internetə məhdudiyyət qoyuldu, eləcə də, dərslərin tədrisinə fasilə verildi. Hazırda bir çox ali və və orta təhsil müəssisələrində onlayn tədris başlasa da, ölkədə olan internet probleminə görə tələbələrin əksəriyyəti dərslərə qoşula bilmir. Nəzərə alsaq ki, cəbhə boyu rayonlarda- Gəncə, Bərdə, Tərtər və s.yaşayan tələbələr təşviş içindədirlər.
Müəllimlər onlardan dərslərə qoşulmağı tələb edirlər, dərslərə qatıla bilməyənlərə isə qayıb yazırlar. Əlbəttə, bu, məsələnin başqa tərəfidir. Əsas məsələ internetin bərpası və distant təhsilin arzuolunan səviyyəyə yüksəldilməsidir. Bu gün tədrisin ikinci günüdür. Ola bilsin ki, növbəti günlərdə çətinliklər aradan qalxsın. Amma hələ ki internet probleminə görə distant təhsil də iflic vəziyyətdədir.
Vəziyyətlə bağlı "Sherg.az"a danışan təhsil eksperti Məlahət Mürşüdlü qeyd edib ki, keçən tədris ilində də bu hal müşahidə olunub:
"Təssüf ki, bu gün də bu problem davam etməkdədir. Yalnız rayonlarda deyil, elə Bakının özündə də distant təhsildə problemlər yaranır. Xüsusən də internetlə bağlı xəttin itməsi, qırılmalar, səs eşidilməməsi müşahidə edilir.
Bu problemlər tədrisin keyfiyyətinə mənfi təsir göstərir.
Düşünürəm ki, dərsə davamiyyət də bununla bağlıdır. Çünki effekt olmayanda, dərs yaxşı mənimsənilməyəndə tələbələr də davamiyyətə biganə yanaşırlar.
Ekspertin fikrincə, tələbə və müəllimlərdə dərsə qarşı olan maraq aşağı düşüb:
"Məncə, distant təhsildə qayıb olmamalı və tələbənin öhdəsinə buraxılmalıdır. Bu o deməkdir ki, tələbə məsuliyyətlə tədrisdə iştirak etməli və dərsi mənimsəməlidir. Problemi yaradan tələbələrin dərsə davamiyyətsizliyi deyil.
Əksinə internet problemləri tələbələrə motivasiya, stimul vermir. Birinci halda aidiyyəti orqanlar internet məsələsini həll etməlidir. Ətrafımızda olan tələbələr, müəllimlərdən də görürük ki, bu, vaxt itirməkdir.
Tələbənin də, müəllimin də dərsə olan motivasiyasının aşağı düşməsi və marağının itməsidir.
Məhz bunlara görə internet problemi aradan qaldırılmalıdır".
Aygün Mustafayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət