Qəbul imtahanına düşən bir sualda texniki səhvə yol verilib - DİM-dən açıqlama

Bu gün keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə yol verilib.

Bu barədə Sherg.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müvafiq sual üzrə şagirdlərin xeyrinə qərar qəbul ediləcək. Həmin sual düzgün cavablandırılmış kimi qeyd ediləcək.