Şagirdlərin hərarətləri gündəlik yoxlanılacaq - RƏSMİ
13:45 27.08.2020
Elm və Təhsil
621
“Ümumtəhsil müəssisələrində 120 min müəllim və texniki işçi ilə bağıl vəziyyəti də nəzərə almalıyıq”.
APA-nın məlumatına görə, bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.
E.Əmrullayev deyib ki, həm məktəbin daxilində, həm də məktəbdən kənar hər bir müəllim, valideynin bu prosesə təsiri var: “Ola bilər ki, hansısa marketdə, nəqliyyatda maska taxmamağın tədrisə təsiri başa düşülməsin. Ancaq hər bir vətəndaş qaydalara riayət etməlidir ki, tədris ənənəvi formada davam etsin”.
Təhsil naziri qeyd edib ki, məktəblərdə şagirdlərin hərarətlərinin gündəlik yoxlanması istiqamətində iş aparılacaq: “Virusun yayılmasının qarşısını almaq üçün xəstəliyin vaxtında aşkarlanması, aşkarlanmış halların təcrid edilməsi, təcrid olunmuş və təmasda olmuş insanların siyahısının müəyyən edilməsi vacibdir. Ona görə belə hal müəyyən edilərsə, valiydeynlərə, məktəb ictimaiyyətinə çatdırılmasında maraqlıyıq. Hansısa uşağın, valideynin qızdırması varsa, həmin uşağın məktəbə gəlməməsinin tərəfdarıyıq. Bununla bağlı xüsusi qaydalar da hazırlanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə