Şans hələ tamam itməyib
Şəymən Bayramova
09:58 11.07.2020
Elm və Təhsil
1282
İmtahanların ləğv olunması qərarı çox səhv idi
Pandemiya ilə əlaqədar qəbul imtahanlarının təxirə salınması cəmiyyətdə ciddi narahatlıq doğurur. Sərt karantin tədbirlərinin uzadılması səbəbindən imtahan günlərinin qeyri-müəyyən tarixlərə təyin edilməsi abituriyentlərlə yanaşı valideynlər arasında da təşviş və psixoloji gərginlik yaradıb. İmtahan tarixləri tez- tez təxirə salındığı üçün əsəb-stres keçirən abituriyentlər dərslərinə fokuslanıb, imtahana hazırlaşa bilmədiklərini deyirlər. Onsuz da “görəsən, qəbul ola biləcəyəmmi”, “Yüksək bal toplaya biləcəyəmmi” kimi suallar girdabında boğulan şagirdlər, indi də "COVİD-19 ilə əlaqədar imtahanlar ləvğ olunsa nə edəcəm?” "necə qəbul olacam?” kimi suallarla böyük stres altındadırlar.
Ölkənin təhsil sistemindəki qeyri-müəyyənlik və paradoksal vəziyyətin davam etməsindən şikayətlənən İlqar Hüseynli isə bütün məsuliyyəti aidiyyəti qurumların üzərinə atıb.
Onun sözlərinə görə, DİM və TN mövcud vəziyyətdə doğru və rasional qərar qəbul edə bilmir: "Ölkənin bir çox şəhər və rayonlarında 11-ci sinfi bitirən abituriyentlərin bir qismi buraxılış imtahanlarını versə də, böyük bir qismi prosesdən kənarda qalıb. Uşaqların psixoloji durumunu hər gün basqılayan və gərginləşdirən duruma son qoyulmalıdır.
Siz pandemiyanın az yoluxduğu dönəmdə imtahanların ləğv olunması qərarı ilə səhvə yol verdiniz və yaxşı şansı əldən verdiniz. Sonradan elan olunmuş tarixləri də ləğv etməniz doğru deyildi. Amma yenə də şans var. Bu məsələdə qonşu Türkiyə təcrübəsindən yararlanaraq abituriyentlərin təşviş və narahatlığına son qoymaq olar".
İ.Hüseynlinin fikrincə, bir gündə ölkənin qapalı stadionlarında, saraylarında, təhsil ocaqlarında karantin tələblərini qorumaqla, 4 saatlıq SMS icazəsi tətbiq etməklə imtahanları təşkil etmək olar:
"Yaxud da orta məktəblərdə 9,10,11-ci siniflərdə müvafiq fənlər üzrə son qiymətləri əsas kimi qəbul edib orta qiymət çıxarmaqla uşaqları buraxılış imtahanından azad edin ki, hamı ilə birlikdə dövlət universitetlərinə qəbul proqramına hazırlaşsınlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə