"Sevgi gətir, kitab apar!” kampaniyası başlayır
10:03 29.05.2020
Elm və Təhsil
830
Sabahdan Azərbaycanda uşaqlar üçün qeyri-adi kitab aksiyasına start veriləcək
"Altun kitab” Nəşrlər Evi "Login" mağazalar şəbəkəsi ilə birgə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bu il də "Sevgi gətir, kitab apar!” adlı layihəyə start verir. Nəşriyyatdan AYNA-ya verilən məlumata görə, ilk dəfə ötən il baş tutan layihə uşaqların ciddi marağına səbəb olub, onlar kampaniyaya böyük həvəslə qatılıblar.
Bunu nəzərə alan "Altun kitab" layihənin bu il də davam etdirilməsinə və ənənəyə çevrilməsinə qərar verib. Sabah, yəni mayın 30-da start veriləcək və iyunun 15-də başa çatacaq kampaniya çərçivəsində uşaqlar öz seçimlərinə görə vətənə, təbiətə, ailə üzvlərinə, dostlarına, eləcə də ədəbi qəhrəmanlar və ya tarixi şəxsiyyətlərdən hər hansı birinə sevgilərini rəsm, şeir, esse, məktub və s. ilə ifadə edərək "Login" mağazalarına gətirə və əvəzində 2 kitab hədiyyə ala bilərlər.
Nəşriyyatdan bildirilib ki, hədiyyələrin sayı artıq da ola bilər. Məsələn, uşaq həm rəsm, həm şeir gətirirsə, hərəsinə ayrılıqda kitablar hədiyyə verilir. Sonda toplanan rəsmlər, mətnlər yoxlanılır, aralarından 3-ü seçilir və xüsusi mükafatlandırılır.
Təqdim edilən materiala müəllif haqqında məlumat (ad, soyad, yaş, oxuduğu bağça və ya məktəb, yaşadığı ünvan, əlaqə nömrəsi) əlavə olunmalıdır.
Bundan başqa, "Login" mağazalar şəbəkəsinin alıcılarını 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü xüsusi sürprizlər gözləyir. Bu sürprizlərin nədən ibarət olduğunu həmin gün mağazalara təşrif buyuran müştərilər özləri görəcəklər. Ümumilikdə 2000-dən çox kitab və müxtəlif məktəbli ləvazimatlarından ibarət hər iki aksiyanın keçiriləcəyi mağazaların ünvanlarını və əlaqə telefonlarını təqdim edirik:
LOGİN–1: Bakı, Puşkin k., 32, (28 May metrosu) (050) 202-24-10
LOGİN–2: Bakı, X.Məmmədov k., 2944A, (H.Aslanov metrosu) (050) 212-24-10
LOGİN–3: Xırdalan, H.Əliyev p., 167 (AAAF Park) (050) 274-24-10
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət