
Sinif yoldaşının gözünü çıxaran şagird sabah başqa hərəkət də edər -EKSPERT
Yusif Nəzərli
11:17 12.01.2025
Elm və Təhsil
808
"Çətin tərbiyə olunan uşaqlar bundan əvvəl də olub, indi də var. Onlar xüsusi qrupa aid edilir və onlar üçün ayrıca dərslər təşkil olunmalıdır"
Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb. Bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib. Qeyd olunub ki, yanvarın 8-də səhər saatlarında Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi məktəbdənkənar ərazidə 11-ci sinif şagirdinə qarşı aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib: "Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir". Məlumata görə, məktəblinin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir: "Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır". İdarədən bildirilib ki, məktəb yoldaşına xəsarət yetirən şagird bundan öncə də təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun olmayan davranışlar edib, məktəb rəhbərliyi və psixoloq tərəfindən həm şagirdlə, həm də ailəsi ilə mütəmadi olaraq profilaktiki söhbətlər aparılıb. Son hadisədən sonra valideynin müraciəti və müvafiq ərizəsinə məktəbin pedaqoji şurasında baxılıb və şagird məktəb-şagird kontingentindən uzaqlaşdırılıb.
Məktəbdən uzaqlaşdırılmış şagirdin sonrakı taleyi necə olacaq, o, hara yönləndiriləcək?

Təhsil məsələləri üzrə ekspert Elmin Nuri “Sherg.az”a açıqlamasında qeyd etdi ki, vəziyyətin düzəlməsi üçün nəhayət ki, bizim orta məktəblərdə şagirdlərin etik davranış qaydaları mütləq tətbiq olunmalıdır:
- Ötən ilin sonlarında Bakı Təhsl İdarəsinin rəhbərliyi bildirdi ki, həmin qaydalar bütün məktəblərdə tətbiq olunacaq, həm də bütün müddəalarıyla birlikdə. İlimiz yeni başlayıb, amma artıq vaxt ötür. Bu artıq neçənci xoşagəlməz, fiziki zorakılıqla nəticələnən olaydır ki baş verir. Baxın, tədris ili başlanandan - sentyabrın 15-dən başlayaraq cəmi 1 həftə ərzində - sentyabrın 22-nə qədər orta məktəblərdə 3-4 ciddi qayda pozuntuları baş verib. Bunlar elə-belə, xırda hadisələr olmayıb. Regionların birində valideyn tərəfindən övladının sinif yoldaşının döyülməsi, paytaxta yaxın məktəblərin birində bıçaqlanma hadisəsi, məktəb daxilində bullinqlər saysız-hesabsızdır. O zaman da demişdim, indi də təkrar edirəm, artıq vaxdır, bəsdir. Nəhayət ki şagrdlərin etik dvranış qaydalarını bütün müddəları ilə qəbul edilməli və tətbiqinə başlanmaldıır. Qayda pozuntularının bir neçə dərəcəsi var. 1, 2-ci bənddə yüngül qayda pozutuları qeyd edilib. Dəhlizdə qaçmaq, sinifdə səs salmaq və sair. Bunlar yüngül dərəcəli qayda pozuntularıdır. 4-cü, 5-ci isə ağır dərəcələrdir. Məktəbin nüfuzuna xələl gətirən, şəxsin sağlamlığına zərər verən. Şabrandakı hadisə birbaşa 5-ci dərəcəli qayda pozuntusudur. Buna yol vermiş şagird də cəza olaraq məktəbdən uzaqlaşdırılıb. Bu qaydalar bütün mıktəblərə şamil edilmir hələ, amma qaydalara uyğun addımlar atılmalıdır. Şagidlərlə təlimlər, seminarlar keçilməli, islahedici söhbətlər aparılmalıdır. Çətin tərbiyə olunan uşaqlar bundan əvvəl də olub, indi də var. Onlar xüsusi qrupa aid edilir və onlar üçün ayrıca dərslər təşkil olunmalıdır. Tutalım, biz bu gün sinif yoldaşının gözünü çıxaranı bağışladıq. Kim təminat verir ki, sabah həmin şagird buna bənzər başqa hərəkətə yol verməyəcək, kiməsə xəsarət yetirməyəcək? Şagirdin təhlükəli davranışı nəzərə alınaraq o, məktəbdən uzaqlaşdırılıbsa, mən bu qərarı düzgün hesab edirəm.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya
Bəs dənizin ortasında yosun varsa?
15:53 27.08.2026
Cəmiyyət
Avropa İttifaqı və Qrenlandiya təhlükəsizlik sazişi imzalayacaq
15:45 27.08.2026
Gündəm
Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb
15:35 27.08.2026
Hadisə