SOS ! - “Məktəblərdə yoluxma riski daha böyükdür” – Təhlükə artır !
Fidan Həmişəyeva
10:03 23.09.2020
Elm və Təhsil
1313
“Məktəblər insanların sıx toplandığı yer olduğu üçün virusa yoluxma təhlükəsi böyükdür”
“Hətta payızda digər respirator infeksiyalar da yayıla bilər”
“Əsas odur ki, virus vaxtında aşkarlansın, lazımi tədbirlər görülsün və arzuolunmaz nəticələr aradan qaldırılsın”
Ölkəmizdə haha 10 şagird və 7 müəllim koronavirusa yoluxub. Təhsil Nazirliyindən bildirilib ki, dərs ili başlayandan sentyabrın 23-nə qədər koronavirusa yoluxan şagird və müəllimlərin sayı 140-a yaxınlaşıb. Dərs başlayandan bəri koronavirusa yoluxmaya görə distant təhsilə keçirilən siniflərin sayı 6-ya çatıb.
Xatırladaq ki, Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllim virusa yoluxduğu üçün məktəb bağlanıb. Pandemiyaya görə, valideynlərə arzu etdikləri təqdirdə uşaqlarını məktəbə buraxmamaq hüququ verilib. Təhsil Nazirliyinin məlumatına görə, 1-4-cü siniflər üzrə təhsil alan 625 mindən çox şagirdin təxminən 8 mininin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.
Tədris prosesinin ənənəvi şəkildə bərpasına aid qərar veriləndə cəmiyyətimizdə müəyyən narahatlıqlar var idi. Bəzi valideynlər pandemiya təhlükəsi olduğu üçün övladlarının məktəbə getməsini düzgün hesab etmirdilər. Bir çoxları isə məktəblərin açılmasının düzgün qərar olmadığını düşünürdü.
Məktəblərdəki kütləvi yoluxma hallarını “Sherg.az”a şərh edən TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bildirib ki, nəinki Qubada, digər regionlarımızda da kütləvi yoluxma halları baş verə bilər. Həkimin fikrincə, necə ki, indiyə qədər müxtəlif iş yerləri və müəssisələrdə kütləvi yolxuma hallarına rast gəlmişik, məktəblər də açıldığı üçün hər hansı bir yoluxma halının olması tam normal və gözləniləndir:
“Onsuz da məktəblərin açılma qərarı verilməz qabaq bununla bağlı ictimaiyyətə müraciətlər edirdik, əhalini mövcud duruma hazırlamaq üçün açıqlamalar verirdik. Bildirirdik ki, yoluxma sayı arta bilər. Çünki payız fəslində havaların soyuması ilə əlaqədar yoluxmanın artması gözlənilən hal idi. Hətta payızda digər respirator infeksiyalar da yayıla bilər”.
N.Mustafayeva qeyd edib ki, məktəblər kollektivin sıx toplandığı yer olduğu üçün virusa yoluxma riski hər zaman var:
“Hətta məktəblərdə yoluxma riski digər müəssisələrdən daha çoxdur. Lakin vacib olan bu deyil. Əsas odur ki, virus vaxtında aşkarlansın, lazımi tədbirlər görülsün və arzuolunmaz nəticələr aradan qaldırılsın”.
İnfeksionist vurğulayıb ki, məktəblər açılıbsa, yoluxma riskini sıfırda saxlaya bilmərik:
“Bu, real deyil. Heç bir cəmiyyətdə mümkün olan hal deyil ki, məktəblər açılır və hər şey ideal şəkildə davam edir. Ona görə də əsas odur ki, zamanında vacib olan bütün tədbirlər görülsün , virus çox yayılmadan müalicəyə ehtiyacı olanlar xəstəxanalara yönləndirilsin, təmasda olan şəxslər izolyasiya olunsun. Beləliklə problem daha da böyümədən yerində həll edilsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat