"Təhsil haqqı əhalinin yaşayış minimumuna uyğun deyil"
Məlahət Rzayeva
14:09 14.08.2019
Elm və Təhsil
1101
Nabatəli Qulamoğlu:" mma bizim bəzi “ali məktəbləri” bitirənləri daş bazarında da işə götürmürlər. Qiymətə gələndə isə hərəsi özü bir qiymət təyin edir"
Ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqından azad olunan tələbələrin kateqoriyası açıqlanıb.
Təhsil eksperti Kamran Əsədovun açqıladığı siyahıda qeyd olunur ki, məcburi köçkün statusu olan tələbələr, Şəhid ailəsi statusunu almış ailənin üzvü, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, məhkəmə tərəfindən ölmüş elan edilən və ya əlil olan vətəndaşların övladları, Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan uşaqlar, I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək olan vətəndaşlar təhsil haqqından azaddır. Dövlətimizin bu humanist addımı neçə-neçə ailənin övladının ali təhsil almaq arzusunun gerçəkləşməsinə xidmət edir. Lakin bir sıra ali təhsil müəssisələrində təhsil haqlarının yüksəki olması, bir çox gəncin arzusuna çatmasına mane olur.
Hazırda ali təhsil müəssisəslərinin təhsil haqqlarına nəzər salanda, təhsil haqqı əlçatan hesab edilə bilərmi?
Təhsil eksperti Nabatəli Qulamoğlu “Şərq”ə açıqlamasında bu suala birmənalı cavab verməyin mümkün olmadığını dedi:
-Elə təhsilverənlər var ki, orada həqiqətən elm öyrədilir, tələbə biliklərə yiyələnir. Amma elə “təhsilverənlər” də var ki, bilikdən başqa nə desən “öyrədir”. Məsələn, hazırda bizdə ən bahalı fakültələr, ixtisaslar həkimlkdir, hüquq və beynəlxalq hüquq ixtisaslarıdır. Bu ixtisaslarda dövlət hesabına təhsil almaq çox çətindir. Çünki dövlət plan yerləri az qoyulur, keçid balı isə ən yüksək olur. Özəl ali məktəblərdə müəyyən qədər təhsil bazarı olmalıdır, amma aşağı və yuxarı hədd müəyyən edilməlidir. Bunu da dövlət təyin etməlidir.
Yoxsa hər kəs kefi istədiyi qiyməti təyin etməməlidir. Bu gün ali məktəblərdə dövlət plan yerlərinin dolmamasının başlıca səbəbi təhsil haqqının yüksək olması ilə bağlıdır. Təhsil haqqı əhalinin yaşayış minimumuna uyğun deyil. Təhsil haqqı yaşayış minimumu ilə mütənasib olmalıdır.
Təhsil haqqı elə müəyyən edilməlidir ki, ailənin gündəlik tələbatına da çatsın, təhsil haqqının ödənməsinə də. Ailədə bir deyil, 2 uşaq ali məktəbdə ödənişli təhsil alırsa, orta aylıq qazancla bunu necə təmin etmək olar? Təhsil haqları yüksək olduğundan bir ailədə yalnız bir uşağın təhsil haqqı ödənə bilir. Ona görə də bir çox ailələr övladlarına ali təhsil verə bilmir.
N.Qulamoğlu ali təhsil müəssisələrinin təhsil haqqını öz səviyyələrinə uyğun təyin etmədiyini də dedi:
-Harvard Universitetində minimum təhsil haqqı 6 min ABŞ dollarıdır. Bunu deyəndə bəzi üzdəniraqların əlinə guya ki, “bəhanə” düşür. O saat, “görürsüz” tək bizdə təhsil haqqı baha deyil” deyirlər. Guya ki, bunların Harvard Universitetində necə təhsil verildiyindən xəbərləri yoxdur. Bilmirəm, bəlkə doğrudan da yoxdur. Onları bu, heş maraqlandırmır da. Harvard Universitetinə gərək əvvəlcə qəbul oluna biləsən, sonra təhsil haqqının yüksəkliyindən danışasan. Bu universitet dünyaya neçə-neçə prezident hazırlayıb. Nobel mükafatçısı alimlər yetişdirib... Hər adam da orda oxuya bilmir. Amma bizim bəzi “ali məktəbləri” bitirənləri daş bazarında da işə götürmürlər. Qiymətə gələndə isə hərəsi özü bir qiymət təyin edir.
N.Qulamoğlu bu il də dövlət plan yerlərinin artırıldığını, lakin yenə də təhsilin ümumi səviyyəsinin aşağı olduğunu bildirdi:
- Məsəl var, deyirlər, qanı damarına görə almaq lazımdır. Dövlət plan yerləri bu il yenə artırıldı. Amma biz təhsildə nailiyyət əldə edə bilmirik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya