Təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon manat ayrılacaq
18:17 13.04.2020
Elm və Təhsil
1490
Nazirlər Kabinetinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün dövlət büdcəsindən 40 milyon manat vəsait ayrılacaq.
Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.
O qeyd edib ki, bu kateqoriyaya aid olan tələbələrin sayı hazırda 20 mindən çoxdur. Onların əksəriyyəti ali təhsil müəssisələrində oxuyurlar.
E.Məmmədov qeyd edib ki, ötən il ali təhsil sistemində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılmasının nəticəsi olaraq hazırda ölkədə hər iki tələbədən birinin təhsil haqqı xərclərini dövlət ödəyir.
Qeyd edək ki, Nazirlər Kabinetinin bu gün verdiyi qərara uyğun olaraq, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına
ödəniləcək:
-ünvanlı dövlət sosial yardımı alanlar;
-hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya
qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
-I və II dərəcə əlilliyi olan şəxslər;
-işsiz kimi qeydiyyatda olanlar;
-yaşa görə əmək pensiyaçıları;
-yaşa görə sosial müavinət alanlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya