Tələbələrin işi fənadır
Məlahət Rzayeva
09:37 15.10.2020
Elm və Təhsil
1619
Distant təhsil deyirlər, amma internetin imkanları sıfırdır
Kamran Əsədov: "Ölkədə zəruri halda internet resurslara giriş qapalıdırsa, ali məktəb rəhbərliyinin, müəllimlərin tələbə qarşısına şərt qoymaq ixtiyarı yoxdur"
Distant təhsil ali məktəb tələbələrini çıxılmaz vəziyyətə salıb. Zərurət gərəyi internet resurslara girişə tətbiq edilən qadağa dünənədək bərbad vəziyyətdə olan şəbəkəyə qoşulma imkanlarını hazırda demək olar sıfıra endirib.
Orta məktəb müəllimləri də, şagirdlər də onlayn dərslərdən əllərini artıq üzüb. Amma orta məktəblərdə əyani tədris prosesinin həftəiçi növbəlilik prinsipi ilə həyata keçirilməsi orta təhsilin ayaqda qalmasını az və ya çox, yenə də təmin edir.
Üstəlik, hər gün efirə gedən teledərslər, Təhsil Nazirliyinin “Virtual məktəb” layihəsi, müəyyən elektron saytlar mövcuddur. Ali məktəblərlə bağlı isə vəziyyət kritikdir. Tələbələr hazırkı məhdud internet imkanlarıyla onlayn dərslərə heç cür qoşula bilmir. Daha betəri, müəllimlər tələbələrin qarşısına şərt qoyur: dərslərə “bağlanmasanız”, qiymətləndirilməyəcəksiniz və imtahanlara da buraxılmayacaqsınız. Belə vəziyyətdə tələbə necə hərəkət etsin?
Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, tələbə qarşısına belə “şərt” qoyan ali məktəblər bununla, əslində öz fəaliyyətsizliklərini ört-basdır etməyə çalışır:
- Nə qədər ki, universitetlər univermaq kimi idarə olunacaq, belə problemlər ortaya çıxacaq, qanunlar pozulacaq. Ali təhsil müəssisələri pandemiya başlanandan, artıq distant təhsilin zamanın reallığına çevrildiyi bəlli olandan tədris prosesini dəyişmək istiqamətində çalışmalı, səy göstərməliydilər.
Ali məktəblər elektron resursları hazırlamalı, elektron mühazirələr tərtib etməli, portallar yaratmalıydılar və tələbələrin portallardan istifadəsinə şərait yaratmalıydılar.
Tələbələr də bu portallara daxil olub mühazirələrlə tanış olmalı, sonra da imtahanlarda iştirak etməliydilər. Yalnız belə olduğu halda ali məktəb müəllimi tələbədən mühazirələrdə iştirakı tələb edə və imtahan götürə bilərdi.
Bu imkanlar yoxdursa və ölkədə zəruri halda internet resurslara giriş qapalıdırsa, ali məktəb rəhbərliyinin, müəllimlərin tələbə qarşısına şərt qoymaq ixtiyarı yoxdur.
Ali məktəblər mövcud vəziyyəti nəzərə alıb, analiz edib 2020-2021 tədris ilinin semestr müddətini dəyişməlidir. Nazirlər Kabinetinin müvafiq qaydaları var.
Əgər ali məktəb öhdəliyi yerinə yetirmirsə, alternativ tədris tənzimlənməyibsə, tələbə qarşısına hər hansı şərt qoyula bilməz. Belə bir tələb qanunsuzdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu tarixdə evlənənlərin sayı rekord vurdu
15:54 08.06.2026
Cəmiyyət
İran İsrailə qarşı əməliyyatları dayandırdı
15:54 08.06.2026
Gündəm
İsrail Güneyin bu şəhərini vurdu
15:33 08.06.2026
Dünya
Lisey və gimnaziyalara qəbul başlayır
14:53 08.06.2026
Elm və Təhsil
İranla yeni döyüş bu qədər çəkəcək - İsrail
14:27 08.06.2026
Gündəm
Leyen Paşinyanı təbrik etdi: "Bizə etibar edə bilərsiniz"
14:19 08.06.2026
Gündəm
Zeynəbin anası: Beş gündür qızımdan xəbərim yoxdur
14:03 08.06.2026
Cəmiyyət
Hacıqabulda açıq ərazidə təkər tullantıları yanır
14:01 08.06.2026
Hadisə
Xızı-Altıağac yolu çökdü
13:57 08.06.2026
Hadisə
Aziz Yıldırımın hücumçu planı: Muriqi və Qirassi hədəfdə
13:47 08.06.2026
Futbol
Tramp: İsrail və İran hücumları dərhal dayandırmalıdır
13:46 08.06.2026
Gündəm
Qaxda 1 ton çətənə kolu məhv edilib
13:26 08.06.2026
Hadisə
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:56 08.06.2026
Ekologiya
İsrail Müdafiə Qüvvələri: Iranın HHM sitemləri məhv edilib
12:34 08.06.2026
Dünya
Paşinyan QALİBDİR: Artıq Moskvanı müttəfiq adlandırmır
12:26 08.06.2026
Gündəm