"Texniki fənləri mənimsəmək üçün insanın müəyyən potensial psixoloji əsasları olmalıdır" - Təhsil eksperti
12:52 13.09.2020
Elm və Təhsil
872
“Bu il III qrup üzrə müsabiqə vəziyyəti keçən ilki kimi gözlənilir. Keçid balları təxminən eyni səviyyədə olacaq”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O, əlavə edib ki, bu il III ixtisas qrupunda yeni ixtisaslar yoxdur: “4 ixtisas ləğv edilib və onlar üzrə plan yerləri təqdim edilməyib. Bu il hüquqşünaslıq ixtisası üzrə 300 əyani, 20 qiyabi yer təqdim olunub”.
Məleykə Abbaszadə həmçinin qeyd edib ki, bu il III qrupda 600-dən çox bal toplayanların ümumi sayı 555 nəfər olub:
“Belə abituriyentlərin hamısı dövlət sifarişli yerləri seçməyə meyillidirlər. Keçən il ən yüksək müsabiqə vəziyyəti olan ixtisaslar hüquqşünaslıq (tədris ingilis dilində), dövlət və ictimai münasibətlər və s. olub. Ən aşağı nəticələr isə tərcümə (fars dili), məktəbəqədər təlim və tərbiyə, ibtidai sinif müəllimliyi, təhsildə psixoloji xidmət, tarix müəllimliyi olub”.
Abituriyentlərin humanitar fənlərə daha çox marağının olması barədə “Şərq”ə danışan təhsil eksperti Nabatalı Qulamoğlu bildirib ki, texniki fənləri mənimsəmək üçün insanın müəyyən qədər potensial psixoloji əsasları olmalıdır:
“Texniki fənlər hamı üçün deyil. Bu sözü cəsarətlə deyirəm. Çünki bu fənlərin öyrənilməsi üçün fərdin kifayət qədər potensialının olması başlıca şərtdir. Hamının dərk etmək qabiliyyəti var. Bu kimi də yaxşı, kimidə isə ortadır. Birinci səbəb bundan irəli gəlir ki, hər kəs yüksək dərk etmək qabiliyyətinə malik deyil. İkinci başlıca səbəb ondan ibarətdir ki, bu sahədə kadrlar geniş deyil. Ümumiyyətlə, bizim əmək bazarında texniki sahələrə ehtiyac çoxdur. Bu sahədə nə qədər kadrlar çox olarsa, o zaman bir-birinə qarşı rəqabət hissi yaranır. Bunun nəticəsində də o sahəyə meyillənmə olar. Hesab edirəm ki, humanitar fənləri dərk etmək insanlar üçün o qədər də çətinlik törətmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil
ABŞ-İran danışıqların növbəti raundunun keçiriləcəyi yer bəlli oldu
19:20 14.04.2026
Dünya
Tramp: Roma Papası başa düşmür ki, İranda 42 min etirazçı öldürülüb
19:19 14.04.2026
Dünya
Tramp növbəti dəfə NATO-nu ittiham edib
18:57 14.04.2026
Dünya