TKTA yalan vədlər verən xaricdə təhsil şirkətləri ilə bağlı əhaliyə müraciət edib
Yusif Nəzərli
07:11 02.04.2025
Elm və Təhsil
388
Xaricdə təhsil şirkətlərinin fəaliyyətinə nəzarət Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) səlahiyyətləri xaricindədir, həmçinin Agentlik xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şəxslə, şirkətlə və ya universitetlə əməkdaşlıq etmir və bu kimi vasitəçilərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.
Bu barədə APA-ya TKTA-dan məlumat verilib.
Qeyd olunub ki, bəzi media resurslarında, eləcə də bəzi xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında vətəndaşlarımız müxtəlif xarici ölkələrin universitetlərində təhsil almağa təşviq olunur və sonda diplomların Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tanınacağı ilə bağlı vədlər, hətta zəmanət də verilir:
"Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” əsasında həyata keçirilir.
TKTA xaricdə təhsil almaq istəyən vətəndaşlara təhsillərini tamamladıqdan sonra əldə olunan kvalifikasiyanın tanınmasında hər hansı bir çətinliklə qarşılaşmamaq üçün aşağıdakı məqamlara diqqət etmələrini tövsiyə edir:
1. Seçilən ixtisasların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli, 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr 2024-cü il tarixli, 503 nömrəli Qərarı ilə “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı” və “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda yer alması;
2. Kvalifikasiyanın aid olduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması (enic-naric.net keçidindən istifadə etməklə müvafiq məlumatı əldə etmək mümkündür);
3. Nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil alınan ölkənin ərazisində olmaq və tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisaslarına münasibətdə təhsilin bütün normativ müddətində təhsil alınan ölkənin ərazisində olmaq);
4. Müvafiq Qaydalara əsasən ölkə ərazisində yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında (qiyabi “Baytarlıq təbabəti” və “Əczaçılıq” ixtisasları istisna olmaqla) əldə olunmuş kvalifikasiyalara münasibətdə tanınmanın həyata keçirildiyinin nəzərə alınması;
1. Tədris müddətində seçilən dərslərin ixtisasla uyğunluq təşkil etməsi və minimum kredit həcminin qarşılanması;
2. “Açık öğretim” təhsilalma formasında əldə olunmuş kvalifikasiyaların ölkə ərazisində tanınmaması;
Məlumat üçün bildiririk ki, sözügedən Qaydalara əsasən, xarici kvalifikasiya əldə etmiş şəxslərin Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq, həmçinin peşə fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilməsi üçün müvafiq kvalifikasiyanın TKTA tərəfindən tanınması şərt olaraq qanunvericilikdə təsbit olunub.
Bundan əlavə bildiririk ki, vətəndaşlarımıza dəstək məqsədilə TKTA-nın internet səhifəsində Agentliyə edilən müraciətlər əsasında “Tanınmayan universitetlərin siyahısı” və “Ən çox imtina alan universitetlərin siyahısı” dərc edilib.
Eyni zamanda vətəndaşlarımız qeyd edilən məsələlərlə bağlı daha ətraflı məlumat əldə etmək üçün Agentliyin 146-8 Çağrı Mərkəzinə zəng edə və ya info@tkta.edu.az elektron poçt ünvanına yaza bilərlər.
Agentlik olaraq, vətəndaşlarımıza müvafiq seçim etməmişdən əvvəl yuxarıda qeyd edilən Qaydalarla tanış olmağı tövsiyə edirik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya
Tramp: Bu gecə bütün İran yox olacaq
16:45 07.04.2026
Gündəm
SON DƏQİQƏ: İstanbuldakı terrorçuların kimliyi müəyyənləşdi
16:35 07.04.2026
Gündəm
Azərbaycan qonşu ssenarilərə hazır olmalıdır - Osman Gündüz
16:24 07.04.2026
Aktual
ABŞ İranın Xarq adasındakı hərbi obyektlərə hücum edib - YENİLƏNİB
16:16 07.04.2026
Gündəm
ABŞ və İsrail İranın dəmir yolu şəbəkəsini məhv edir - YENİLƏNDİ
16:08 07.04.2026
Dünya
BƏƏ: İran qonşu ölkələrə kompensasiya ödəməlidir
15:56 07.04.2026
Dünya
Ararat Mirzoyan və Kaya Kallas arasında telefon danışığı olub
15:43 07.04.2026
Gündəm
SEPAH qonşu ölkələri təhdid etdi
15:36 07.04.2026
Gündəm
"Mehr": ABŞ və İsrail İranın Xarq adasına zərbələr endirib
15:20 07.04.2026
Gündəm
İbrahim Tatlısəs xəstəxanaya yerləşdirildi
14:46 07.04.2026
Mədəniyyət
İrana qarşı nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edildi
14:22 07.04.2026
Gündəm