"Universitetlərimiz dünya reytinqində irəliləyə biləcək" - Təhsil eksperti dəyişikliyi müsbət dəyərləndirib
Şəymən Bayramova
07:47 23.03.2020
Elm və Təhsil
1481
"Elmi təşkilatlara yeni hüquqların verilməsi gündəmdədir". “Elm haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, elmi təşkilatlar dünya elmi məkanında tanınmaq və reytinqini yüksəltmək məqsədilə beynəlxalq akkreditasiyadan keçmək hüququna malik olacaq. Hazırda isə ancaq elmi müəssisələr belə hüquqa malikdir".
Sözügedən dəyişikliyi şərh edən təhsil eksperti Kamran Əsədov ölkəmizdə fəliyyət göstərən ali təhsil müəsissisələrinin kadr hazırladıqları ixtisasların beynəlxalq akkreditasiya qazanmadığını deyib.
Onun sözlərinə görə, akkreditasiya sertifikatı yalnız saxtakarlıqdan qorxmadan etibar edilə bilən təşkilatlara verilir. Bizdə isə heç bir ixtisas ACCA (The Association of Chartered Certified Accountants - İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) tərəfindən tam akkreditasiya almayıb: “Halbuki bu beynəlxalq reytinq üçün ən zəruri tələblərdən biridir.
Universitetlərin beynəlxalq akkreditasiya olunmuş bir çox ixtisaslar üzrə fənləri, imtahan prosedurları və imtahan sualları ən yüksək beynəlxalq tələblərə uyğun olması təsdiqlənərək tələbələrə ACCA imtahanlarından azadolmalar təqdim edilir. Tələbələr də fakültədə həmin fənləri oxuyub, müvafiq sənədləri təqdim edərək ACCA kvalifikasiyalarını əldə edirlər.
Qeyd edim ki, ACCA(The Association of Chartered Certified Accountants - İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) - dünyada ən geniş yayılmış beynəlxalq professional assosiyasiyadır. Assosiyasiyada 170 ölkədən 404 000 tələbə və 140 000 üzv qeydiyyatdadır, amma bizim ali təhsil olacaqlarını burada görmək olmur.
Universitetlərimiz beynəlxalq akkreditasiyadan ona görə keçə bilmirlər ki, onların texniki reqlamenti, kadr potensialı və digər göstəriciləri olduqca aşağıdır. Amma bir çox hallarda beynəlxalq akkreditasiyadan ali təhəsil müəssisələrinin keçə bilməməsi qanunvericilik aktlarımızdakı boşluqların və onlar qarşısında belə bir tələbin olmamasından irəli gəlir.
Hesab edirəm ki, universitetlərimizin beynəlxalq akkreditasiyadan keçməsi onların müasir standartlara və əmək bazarının tələblərinə cavab verən kadr hazırlığını həyata keçirməyə imkan verəcək və onların dünya reytinqində irəliləməsinə şərait yaradacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət