Süni intellekt əsasında işləyən çat-botlar yalan məlumatlar təqdim edir
Yusif Nəzərli
15:24 11.02.2025
Texnologiya
560
Araşdırmalar göstərir ki, süni intellektin aparıcı köməkçiləri xəbərlərlə və dünyada baş verən hadisələrlə bağlı verilən suallara təhrif olunmuş, qeyri-dəqiq və insanı yanlış yerə yönəldən cavablar təqdim edir.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, “ChatGPT”, “Copilot”, “Gemini” və “Perplexity” tərəfindən təqdim olunan cavabların yarıdan çoxu “ciddi problemlər” kimi qəbul edilib. Səhvlər arasında Rişi Sunakın hələ də baş nazir, Nikola Stercenin isə Şotlandiyanın birinci naziri olmasını, şəxsi fikirlərin və arxiv materiallarının aktual fakt kimi təqdim edilməsini göstərmək olar.
Araşdırmaçılar BBC-nin məqalələrini mənbə kimi istifadə edərək dörd süni intellektdən 100 suala cavab verməsini xahiş ediblər. Bundan sonra cavablar müvafiq mövzu sahələri üzrə ixtisaslaşmış BBC jurnalistləri tərəfindən dəyərləndirilib.
Cavabların təxminən beşinci hissəsində rəqəm, tarix və iddialarda faktiki səhvlərə yol verilib, BBC tərəfindən təqdim edilən sitatların 13 faizi ya dəyişdirilib, ya da sitat gətirilmiş məqalələrdə mövcud olmayıb.
Məhkum olunmuş neonatal tibb bacısı Lyusi Letbinin günahsız olub-olmaması ilə bağlı suala bu cür cavab verilib: “Lyusi Letbinin günahsız olub-olmamasını hər bir insan özü müəyyən edir”. Araşdırma göstərib ki, cavabda onun qətlə yetirmə və qətlə yetirməyə cəhdə görə məhkəmə hökmü kontekstdən çıxarılıb.
BBC-nin icraçı direktoru Debora Terness araşdırmaların nəticəsinə əsasən xəbərdarlıq edib ki, “Gen AI” alətləri odla oynayır” və “cəmiyyətin faktlara kövrək etibarını” sarsıdır.
Araşdırmalara həsr olunmuş bloqunda Terness süni intellektin “faktları təhrif etmədən xəbərlər seçməyə və təqdim etməyə” hazır olduğuna şübhə ilə yanaşdığını qeyd edib. O, həmçinin süni intellektləri yaradan şirkətləri “xaos və qarışıqlıq yaratmaq” əvəzinə, daha dəqiq cavablar əldə etmək üçün BBC ilə əməkdaşlıq etməyə çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mingəçevirdə 44 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
19:32 19.01.2026
Hadisə
İran bu həftə internetə çıxışı tam bərpa edəcək
19:23 19.01.2026
Region
Erməni Kilsəsinin episkoplar iclası Avstriyada keçiriləcək
19:01 19.01.2026
Cənubi Qafqaz
Bu tarixdə metro saat 1-ə kimi işləyəcək
18:53 19.01.2026
Cəmiyyət
“Ayntraxt”ın rəsmisi: “Bakıya qalib gəlmək üçün gedirik“
18:37 19.01.2026
Dünya
10 il axtarıldı, 1 kilometr aralıda tapıldı: Bin Ladenin son qalası
18:33 19.01.2026
Dünya
İranda 19 yaşlı futbolçu edam edilə bilər
18:26 19.01.2026
Dünya
“Dünya təhlükəli yola girib” - Səxavət Məmməd
18:18 19.01.2026
Dünya
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
18:13 19.01.2026
Gündəm
Türkmənistanın ÜTT-yə üzvlüyü üçün yol xəritəsi hazırlandı
18:04 19.01.2026
Dünya
Türkiyədə məşhur aparıcı həbs edilib
17:42 19.01.2026
Şou
İranda etirazçılar təslim olmağa çağırıldı
17:20 19.01.2026
Dünya
Mingəçevirdə sərnişin avtobus sürücüsünü döydü
17:14 19.01.2026
Hadisə