Çində uçan avtomobillərlə sərnişin daşınmasına başlanılır
Yusif Nəzərli
08:41 31.03.2025
Texnologiya
360
Çinin Mülki Aviasiya Administrasiyası pilotsuz uçuş aparatlarına uçuş fəaliyyəti sertifikat verib. Bu, Çində dronlarla sərnişin daşınması (uçan taksi) dövrünün rəsmən başlanmasıdır.
AZƏRTAC xəbər verir ki, uçuş fəaliyyəti sertifikatı alan uçan avtomobillər (eVTOL - elektrik mühərrikli şaquli qalxma və eniş həyata keçirən təyyarə) yerli “EHang” şirkətinin istehsalı olan dronlardır. EH216-S uçan avtomobilləri dünyanın 4 kateqoriyada (standartlaşma, uçuşa yararlılıq, istehsal və uçuş fəaliyyəti) sertifikat əldə edən ilk eVOLT-udur. EH216-S uçan taksiləri 16 elektrik mühərriki ilə təmin olunub. İki sərnişin tutan bu dronlar yerdən şaquli şəkildə qalxıb-enmək imkanına malikdir. Onun maksimum yük götürmə qabiliyyəti 220 kiloqram, sürəti saatda 100 kilometr, uçuş müddəti 21 dəqiqədir. İstehsalçının rəyinə görə, taksi həmin müddətdə 35 kilometr məsafə qət edə bilər. Bu dronlar 60 mindən çox təhlükəsiz sınaq uçuşu həyata keçirib. Onlardan şəhər nəqliyyatında, turizm sektorunda, logistikada istifadə olunacaq. İlkin mərhələdə Çinin Quancou və Hefey şəhərlərində sərnişinlər bilet alaraq uçan avtomobillərin xidmətindən istifadə edə biləcək.
Qeyd edək ki, aşağı hündürlük dedikdə, min metrə qədər, bəzən isə 3 min metrə qədər yüksəklik nəzərdə tutulur. Aşağı hündürlük iqtisadiyyatı Çində hazırda sıçrayış dövrünü yaşayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol