“Disney” “OpenAI”-a 1 milyard dollar investisiya edib

“Disney” “OpenAI”-a 1 milyard dollar investisiya edib

Sherg.az xəbər verir ki, korporasiya həmçinin, “Sora” platformasının istifadəçilərinə “Marvel”, “Pixar” və “Star Wars” personajları ilə videolar yaratmağa imkan verəcək bir müqavilə imzalayıb.

Bu üçillik razılaşma müəlliflik hüquqlarının yalnız müdafiəsi ilə məhdudlaşmaq əvəzinə, intellektual mülkiyyətin süni intellekt vasitəsilə kommersiyalaşdırılmasına doğru atılan addım kimi qiymətləndirilir.

2026-cı ilə qədər istifadəçilər “Darth Vader” kimi personajların yer aldığı məzmun yarada və onu “Disney+” platformasına yükləyə biləcəklər.