“Süni intellektdən geniş istifadə nəticəsində katiblik işləri, hüquqşünaslıq, mühasiblik və s. kimi peşələr yox ola bilər”.
Teleqraf xəvər verir ki, bu barədə Dünya Bankının Ankaradakı nümayəndəliyinin aparıcı iqtisadçısı Rene Leon Solano Bakıda keçirilən Gələcəyin Peşələri Sammitində çıxışı zamanı bildirib:
“Müşahidələrimizə görə, müəllimlərin böyük hissəsi süni intellektdən geniş istifadə etmir. Orta məktəb müəllimlərinin təxminən 40–45%-i süni intellektdən istifadə edir.İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə gündəlik olaraq orta səviyyədə bizneslərin cəmi 14%-i hər gün süni intellektdən istifadə edir. Bu siyahıya yüksək gəlirli ölkələr, məsələn, Danimarka və Finlandiya liderlik edir. Həmçinin vacib məqam odur ki, süni intellektdən istifadə iri şirkətlərdə geniş yayılıb. Məsələn, Finlandiyada iri şirkətlərin 70%-i süni intellektdən istifadə etdiyi halda, kiçik şirkətlərdə bu göstərici 20%-dir. Bu isə 50 faiz bəndi fərq deməkdir.
Əksər iqtisadiyyatlar isə KOB-lar və kiçik müəssisələrdən formalaşdığı üçün bu kimi ölkələrə süni intellektin təsiri daha zəifdir.”