Dünyada cəmi 1 ədəd istehsal edilib: Ultra-lüks telefonun qiyməti təəccübləndirdi
09:54 03.03.2025
Texnologiya
535
Samsung və Caviar şirkətləri Galaxy S25 Ultra Viper-in John Wick temalı xüsusi versiyasını təqdim ediblər. Yalnız bir ədəd istehsal ediləcək ultra-lüks cihaz istifadəyə yararlı, eksklüziv kolleksiya əşyasına çevriləcək.
Sherg.az xəbər verir ki, Lüks fərdiləşdirmə brendi "Caviar" şirkətləri 2025 Mobil Dünya Konqresində (MWC 2025) Samsung Galaxy S25 Ultra-nın John Wick temalı xüsusi buraxılışını təqdim edib. Bu ultra-premium cihaz dərin qara titan korpusa, 24 karat qızılla örtülmüş detallara və John Wick-in simvolik silahlarına istinad edən dizayna malikdir.
Galaxy S25 Ultra Viper 6,9 düymlük Quad HD+ Dinamik AMOLED ekranı ilə üstün görüntü keyfiyyəti təklif edir. Snapdragon 8 Elite prosessoru ilə təchiz edilən cihaz istifadəçilərə 12 GB RAM və 1 TB yaddaşla yüksək performans və böyük yaddaş imkanı verir.
Dəbdəbəni texnologiya ilə birləşdirən cihaz 200MP əsas sensor, 50MP ultra geniş bucaq, 10MP telefoto (3x optik zum) və 50MP periskop obyektivi (5x optik, 100x Space Zoom) kimi qabaqcıl kamera xüsusiyyətləri ilə seçilir.
Bəs, Samsung Galaxy S25 Ultra Viperin dəyəri nə qədərdir?
Bu xüsusi buraxılış smartfonunun yalnız bir ədədi istehsal olunacaq və 9000 dollara satılacaq. Cihazın kimə satılacağının necə müəyyən ediləcəyi ilə bağlı heç bir açıqlama verilməyib.
Caviar, fərdiləşdirilmiş lüks smartfonlar və aksesuarlar istehsal edən bir markadır. Şirkət xüsusi olaraq iPhone və Samsung Galaxy modellərini qızıl örtük, qiymətli daşlar və xüsusi dizaynlarla bəzəyərək unikal və daha yüksək qiymətli məhsullara çevirir. Caviar məhdud sayda istehsal edilən xüsusi qurğularla kolleksiyaçılar və lüks həvəskarları cəlb edir.
Caviar, Snowflake adlı xüsusi dizayn edilmiş iPhone 16 Pro Max-ı 580.000 dollar qiymətə təklif etməklə diqqət çəkdi. Bu cihaz 18 karat ağ qızıl və 570 brilyant parçası ilə bəzədilmiş model idi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya