"Google" "Kəşf et" lentini masaüstünə gətirir
Yusif Nəzərli
17:10 10.04.2025
Texnologiya
435
"Google", uzun müddətdir mobil cihazlarda təqdim etdiyi "Google Discover" xüsusiyyətini masaüstü ana səhifəsinə gətirməyə hazırlaşır.
Trend xəbər verir ki, tədbirdə çıxış edən "Google" səlahiyyətliləri, bu mühüm elanı İspaniyanın paytaxtı Madriddə keçirilən Search Central Live tədbirində rəsmi olaraq açıqlayıb.
Bu açıqlama "X" sosial media platformasında da iştirakçılar tərəfindən paylaşılıb. Yazılara əsasən, funksiya bəzi istifadəçilər üçün aktivləşdirilib.
Qeyd edək ki, illərdir mobil cihazlarda aktiv şəkildə istifadə edilən bu funksiya istifadəçilərə onları maraqlandıra biləcək məzmuna axtarış etmədən daxil olmaq imkanı verir.
Masaüstünə gələcək "Google Discover" xüsusilə xəbər saytları, bloggerlər və məzmun yaradıcıları üçün yeni trafik mənbəyi ola bilər. Digər tərəfdən, "Google"un bu funksiyanı tam olaraq nə vaxt aktivləşdirəcəyi hələlik məlum deyil. Lakin elanda bu keçidin yaxın gələcəkdə baş verəcəyi bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya