
İT mütəxəssisi: “Starlink”in ölkəmizdə istifadəyə verilməsi telekommunikasiya infrastrukturunda yeni mərhələ açacaq
Yusif Nəzərli
11:34 29.03.2025
Texnologiya
669
Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib.
Axar.az xəbər verir ki, bu barədə peyk şəbəkəsinin X hesabında paylaşım edilib.
Bildirilib ki, “Starlink”in yüksək sürətli və aşağı gecikməli internet xidməti artıq Azərbaycanda mövcuddur:
“Azərbaycanlı istifadəçilər "Starlink" xidmətindən yararlanmaq üçün müəyyən şərtləri yerinə yetirməlidirlər. İlk növbədə 670 manata "Starlink Standart Kit" əldə etmək lazımdır. Daha sonra 50 manat çatdırılma ödənişi və 100 manat aylıq abunə haqqı ödənilməlidir”.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, Düşünürəm ki, “Starlink” peyk rabitə sisteminin Azərbaycanda istifadəyə verilməsi ölkənin telekommunikasiya infrastrukturunda yeni mərhələ açacaq:

“Xüsusilə internetə çıxış imkanlarının məhdud olduğu bölgələr üçün böyük üstünlüklər yaradacaqdır. Belə ki, ənənəvi fiber-optik və mobil internet şəbəkələrinin çatmadığı ucqar ərazilərdə “Starlink” vasitəsilə yüksək sürətli internet təmin etmək mümkün olacaqdır. Nümunə kimi təhsil, səhiyyə, biznes və fövqəladə hallarda rabitənin etibarlılığını artıracaqdır. Ümumiyyətlə peyk texnologiyasına əsaslanan bu sistem sürətli və stabil internet bağlantısı təklif etdiyi üçün kiçik və orta sahibkarlıq sahəsində də yeni imkanlar yaradacağını düşünürəm. Bundan əlavə, fövqəladə hallar zamanı alternativ rabitə həlli kimi “Starlink” mühüm rol oynaya bilər. Təbii fəlakət və ya digər fövqəladə vəziyyətlərdə yerüstü rabitə infrastrukturu zədələndikdə belə, peyk interneti vasitəsilə fasiləsiz əlaqə saxlamaq mümkün olacaq.
Texnologiyanın ölkədə tətbiqi internet bazarında rəqabəti artıraraq qiymət və xidmət keyfiyyətinə də təsir göstərə bilər. Lakin “Starlink”in qiymət siyasəti, lisenziyalaşma və yerli tənzimləmə qaydalarına uyğunluğu da təbii ki vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi