Kiberdələduzluq artıb: Süni intellektin istifadəsi ilə vəziyyət daha da mürəkkəbləşib
Yusif Nəzərli
10:56 31.01.2025
Texnologiya
853
Daxili İşlər Nazirliyi kibertalama halları ilə bağlı vətəndaşlara növbəti dəfə çağırış edib.
Bu barədə DİN-dən bildirilib.
Xəbərdarlıqda deyilir:
"Onlayn yolla vətəndaşların bank kartlarının talanması ilə bağlı kiberdələduzların son günlər yeni üsül və texnoloji yeniliklərdən istifadə etdikləri müşahidə edilir. Süni intellektin köməkliyi ilə yaxın qohumların danışıq tərzinə oxşar klonlaşdırılan səslər və elektron nömrələrdən edilən zənglərlə vətəndaşların kartlarının talanması ilə bağlı polisə məlumatlar daxil olmaqdadır.
Sizə edilən zəngdə qarşı tərəf özünü yaxın bir adamınız, ailə üzvünüz kimi təqdim edib kart məlumatlarınızı istəyirsə mütləq şəkildə dəqiqləşdirici suallar verilməlidir. Bu yolla siz qarşı tərəfdən gələn səsin süni intellekt vasitəsi ilə hazırlanıb-hazırlanmadığına əmin ola bilərsiniz.
Bir daha hər kəsə çağırış edərək bildiririk ki, bank kartı məlumatlarınızı dəqiqləşdirmə aparmadan heç kimlə bölüşməyin.
Kartınızın təhlükəsizliyi öz əlinizdədir!"
Məsələyə münasibət bildirən İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov “Sherg.az”a bildirib ki, bu doğurdanda böyük problemdir:
"Kiberdələduzluq hallarının artması, texnoloji inkişaflarla sıx bağlıdır və süni intellektin istifadəsi ilə vəziyyət daha da mürəkkəbləşib. Bir çox insan kibertəhlükəsizlik mövzusunda hələ də məlumatlı deyil və ya təhlükəsizlik protokollarına ciddi yanaşmır. Bu, dələduzların hədəf alacağı daha çox insana yol açır. Çünki müəyyən mənada texnologiyalarla tanış olmayan insanlar belə dələduzluğa məruz qala bilərlər. Məsələn, hər hansı bir qohum və ya ailə üzvü zəng edərək böyük bir problem olduğunu həyəcanlı danışırsa, hər birimiz kömək etmək istəyirik. Bu artıq kütləvi hal aldığına görə ən bəsit formada ailə daxilində hər hansı bir açar söz olmalıdır. Təəssüflər olsun ki, hazırda başqa çıxış yolu görmürəm. Çünki istənilən halda bu səslər dəyişir. Başqa qohum zəng edib pul istəyirsə, həmin an onun mobil telefonuna zəng edərək dəqiqləşdirmək lazımdır. Daha sonra kartdan-karta pul atma məsələsini minimallaşdırmaq lazımdır. Kiberdələduzluq ilə mübarizə çox səbr və diqqət tələb edir. Texnologiyanın inkişafı ilə bu cür təhdidlər də artacaq, amma bu hallardan qorunmağın ən yaxşı yolu, şəxsi məlumatların qorunmasına dair təcrübəli yanaşmaq lazımdır. Həmçinin, dövlət orqanlarının, bankların və digər əlaqəli qurumların kibertəhlükəsizlik sahəsindəki maarifləndirmə fəaliyyətlərini gücləndirməsi də vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat