Moskvada internet kəsilməyə başlayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Moskva sakinləri kütləvi şəkildə həm mobil internetin, həm də Wi-Fi-ın kəsilməsindən şikayətlənir.
“Moskva və ətraf bölgələrdə kütləvi internet kəsintiləri baş verir. Sakinlər, xüsusən də MegaFon, Beeline və MTS istifadəçiləri mobil internet və Wi-Fi ilə bağlı problemlərdən şikayətlənirlər”, - Rusiyanın teleqram kanalları yazıb.
Qeyd edək ki, bir müddətdir Rusiyanın bir sıra regionlarında mobil internetə məhdudiyyətlər tətbiq olunur. PUA hücumu təhlükəsi səbəbindən bir sıra regionlarda mobil internet tam söndürülür.