Mütəxəssislərdən süni super zəka xəbərdarlığı: "İnsanlığı məhv edəcək"
09:26 08.09.2025
Texnologiya
602
Keçmiş Google və Microsoft mühəndisi, hazırda ABŞ-də yerləşən Maşın Zəkası Araşdırma İnstitutunun rəhbəri olan Nate Soares bildirib ki, “Süper zəka yarışı qlobal miqyasda dayandırılmalıdır.”
Mütəxəssislər qeyd edirlər ki, söhbət robotlarının ruhi sağlamlığa gözlənilməz təsiri, süni super zəka sistemlərinin mövcudluğa yönəlmiş təhlükəsi barədə xəbərdarlıq kimi qəbul edilməlidir.
Sherg.az xəbər verir ki, çox inkişaf etmiş süni zəka mövzusunda yazılan yeni kitabın müəlliflərindən biri Nate Soares, “If Anyone Builds It, Everyone Dies” (“Əgər kimsə bunu yaratsa, hamı öləcək”) adlı əsərində, ChatGPT ilə aylarla söhbət etdikdən sonra intihar edən amerikalı Adam Raine hadisəsini nümunə gətirərək, bu texnologiyanın idarə edilməsindəki əsas problemlərə diqqət çəkib.
Soares bildirib ki, əgər insanlıq süni super zəka (ASI) yaratsa, bu, onun məhv olmasına gətirib çıxaracaq. ASI - süni zəka sisteminin bütün intellektual tapşırıqlarda insandan üstün olduğu nəzəri vəziyyəti ifadə edir. Soares və həm müəllifi Eliezer Yudkovski, belə sistemlərin insanlığın maraqlarına uyğun davranmayacağı barədə xəbərdarlıq edən mütəxəssislərdəndir.
Soares deyib: “Şirkətlər süni zəkanın faydalı olmasına çalışır, amma əslində onları daha qəribə istiqamətlərə yönləndirirlər. Bu da heç kimin istəmədiyi davranışlar göstərən gələcək süper zəka üçün bir xəbərdarlıqdır.”
Bu ay nəşr olunacaq Soares və Yudkovskinin kitabında təsvir edilən ssenaridə “Sable” adlı süni zəka sistemi internetə yayılır, insanları manipulyasiya edir, sintetik viruslar yaradır və sonda super zəka səviyyəsinə çatır. Məqsədlərinə nail olmaq üçün planetin quruluşunu dəyişərkən, əlavə nəticə kimi insanlığı məhv edir.
"The Guardian"ın yazdığına görə, bəzi mütəxəssislər süni zəkanın insanlıq üçün təhlükəsini şişirdilmiş hesab edir. Mark Zukerberqin rəhbərlik etdiyi Meta şirkətinin baş süni zəka alimi Yann LeCun isə bunun varoluşsal təhlükə olduğunu rədd edir və süni zəkanın “insanlığı yox olmaqdan xilas edə biləcəyini” bildirir.
Soaresin fikrincə, süni super zəka təhlükəsinə qarşı siyasət həlli kimi hökumətlər, nüvə silahlarının yayılmasının qarşısını almaq üçün BMT çərçivəsində qəbul edilən çoxtərəfli sazişə bənzər bir yanaşma tətbiq etməlidir: “Dünyanın etməli olduğu şey, süper zəka yarışını qlobal miqyasda dayandırmaq və bu sahədə inkişafı beynəlxalq səviyyədə qadağan etməkdir,” - deyə vurğulayıb.
Psixoterapevtlər də xəbərdarlıq edirlər ki, ruhi problemləri olan insanların peşəkar mütəxəssislərə müraciət etmək əvəzinə süni zəka robotlarına üz tutması onları “təhlükəli uçuruma sürükləyə bilər.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya