...Amma rəqəmsaldan və sosial mediadan da qopa bilmirik
Dünyada olduğu kimi ölkəmizdə də yüksək rəqəmsallaşma səviyyəsinin həyatımıza gətirdiyi güvənsizlik, insanların içində olsa belə tək qalma hissi, onlayn alış-veriş, məlumat təhlükəsizliyinin təmin edilə bilməməsi, dələduzluq qorxusu və daim qorxu içində olmaq bizi təkliyə və narazılığa sürükləyir. İçimiz rahat deyil, amma rəqəmsaldan və sosial mediadan da qopa bilmirik.
2026-cı ilə doğru gedərkən, 2025-in son rəqəmsallaşma hesabatında çox diqqət çəkən məlumatlar yer alır. We Are Social və Meltwater tərəfindən hazırlanan “Dijital 2025 Türkiyə” hesabatında Türkiyədə ümumi internet, sosial media, mobil istifadə, onlayn alış-veriş və rəqəmsal marketinq göstəriciləri təqdim olunur.
Sherg.az xəbər verir ki, dünya əhalisi 8,25 milyarda çatarkən, Türkiyənin əhalisi 87,7 milyona yaxınlaşıb. Dünya üzrə internet istifadəçilərinin sayı 6,04 milyarda yüksəlib və bu, ümumi əhalinin 73,2 faizinə bərabərdir.
Türkiyədə isə internet istifadəçilərinin sayı 77,5 milyon nəfərdir və bu, əhalinin 88,3 faizinə uyğundur. Bu göstərici dünya ortalamasından xeyli yüksəkdir.
Sosial media istifadəçiləri artır
Dünya üzrə sosial media istifadəçilərinin sayı 5,66 milyarddır və bu, əhalinin 68,7 faizidir. Türkiyədə isə aktiv sosial media istifadəçilərinin sayı 62,3 milyondur. Ölkədə sosial media istifadə nisbəti əhaliyə görə 70,9 faiz təşkil edir və internet istifadəçilərinin böyük əksəriyyəti sosial media platformalarındadır.
Həftədə 7 saat 13 dəqiqə internetdə
Türkiyədə internet istifadəçiləri hər həftə orta hesabla 7 saat 13 dəqiqə internetdə zaman keçirirlər.
İnternetdən istifadə səbəblərinin başında 76,2 faizlə məlumat əldə etmək dayanır.
Ölkədə mobil internetin orta sürəti 68.19 Mbps, sabit internetin sürəti isə 56.17 Mbps-dir.
Veb trafikin 76,58 faizi mobil telefonlardan gəlir. Türkiyədə ən çox ziyarət edilən sayt google.com-dur və ən çox axtarılan söz "hava durumu"dur.
Həftədə 25 saat sosial mediada
Türkiyədə internet istifadəçiləri həftəlik 25 saat 4 dəqiqəni sosial mediada keçirirlər. İstifadəçilər ay ərzində orta hesabla 7,1 sosial media platformasından istifadə edir.
Ən çox istifadə edilən platforma Instagram (89,5%)-dır. Ardınca WhatsApp, YouTube və Facebook gəlir.
İstifadəçi sayına görə sıralama:
Instagram -62,3 milyon
YouTube -57,9 milyon
TikTok-44,9 milyon
Facebook-34,7 milyon
LinkedIn-21 milyon
X (Twitter)-18,5 milyon
İstifadəçilər gündəlik orta hesabla 1 saat 53 dəqiqəni Instagramda keçirirlər.
Mobil bağlantıların 97%-i 3G-4G-5G
Türkiyədə mobil rabitə bağlantılarının sayı 81,9 milyondur. Bu, əhalinin 93,3 faizinə bərabərdir. Bu bağlantıların 97,8 faizi 3G, 4G və 5G bağlantılarıdır.
Maliyyə sahəsində isə yetkin insanların 81,5 faizinin hər hansı bir maliyyə təşkilatında hesabı var. Həftəlik onlayn alış-veriş edənlərin nisbəti isə 62,5 faizdir.
2025-də 32 milyon şəxs onlayn alış-veriş edib
2025-ci ildə 32 milyon istifadəçi onlayn kanallar vasitəsilə istehlak malları alıb. İstifadəçilərin onlayn alış-verişə yönəlməsində ən təsirli səbəb 55,2 faizlə pulsuz çatdırılmadır.
Rəqəmsal marketinq məlumatlarına görə:
Markalar haqqında araşdırmada ən çox istifadə olunan mənbə 54,8 faizlə axtarış motorlarıdır.
Sosial şəbəkələr isə 44,4 faizlə ikinci sıradadır.
2025-ci ildə rəqəmsal reklam xərcləri 1.79 milyard dollara çatıb və bu, ümumi reklam xərclərinin 55 faizini təşkil edir.