
Süni intellekt şəffaf olsa, korrupsiya azalar - AKTUAL
Yusif Nəzərli
11:48 23.05.2025
Texnologiya
430
"Alqoritmlərin qaranlıq tərəfi var, süni intellekt təhlükəyə şevrilə bilər"
"Son illərdə süni intellekt texnologiyalarının, rəqəmsal maliyyə sistemlərinin və kriptovalyuta bazarlarının inkişafı yeni növ korrupsiya və maliyyə cinayətlərinin yaranmasına səbəb olub".
Oxu.Az xəbər verir ki, bunu "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti" adlı beynəlxalq elmi-praktik konfransda Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov deyib.
O bildirib ki, bu da öz növbəsində nəzarət və tənzimləmə orqanlarının fəaliyyətində yeni yanaşmalar və texnoloji həllərin tətbiqini zəruri edir.
Vahid Novruzov qeyd edib ki, Azərbaycan bu istiqamətdə beynəlxalq təşkilatlarla, platformalarla əməkdaşlığı genişləndirməyə və beynəlxalq standartlara uyğun nəzarət mexanizmlərini tətbiq etməyə sadiqdir.
V.Novruzov, həmçinin deyib ki, nəzarət orqanlarının fəaliyyəti yalnız texniki tələblərin yerinə yetirilməsi ilə məhdudlaşmamalıdır:
"Bu qurumlar sistemli yanaşma əsasında ictimai maarifləndirmə işlərini genişləndirməli, iqtisadi subyektlər və əhali arasında risklər barədə məlumatlılığı artırmalıdır. Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə yalnız milli deyil, qlobal problem olaraq qalır. Bu səbəbdən informasiya və təcrübə mübadiləsi, eləcə də ümumi hüquqi çərçivənin harmonizasiyası vacib amillərdəndir. Azərbaycanın nəzarət strukturları bu istiqamətdə öz məsuliyyətini dərk edir və qabaqcıl beynəlxalq təcrübənin tətbiqi üzərində çalışırlar".
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, süni intellektin (Sİ) tətbiqində müxtəlif alqoritmlərdən istifadə olunur və bu alqoritmlərin strukturu, funksionallığı və qərarvermə mexanizmləri olduqca əhəmiyyətlidir:

“Əgər bu alqoritmlər şəffaf deyilsə, yəni onların necə işlədiyi, hansı meyarlarla qərar verdiyi aydın şəkildə izah olunmursa, bu, müəyyən risklərə yol aça bilər. Belə şəffaflığın olmaması kodlaşdırmada bilərəkdən və ya bilməyərəkdən boşluqların qoyulmasına gətirib çıxara bilər ki, bu da potensial olaraq korrupsiya hallarının baş verməsinə şərait yarada bilər. Süni intellekt sistemlərində bilərəkdən zəifliklər və ya yanlı alqoritmik meyarlar yerləşdirilərsə, bu, sistemin məqsədli şəkildə manipulyasiya olunmasına imkan verə bilər. Lakin nəzərə almaq lazımdır ki, süni intellekt, əslində, mahiyyət etibarilə rəqəmsal şəffaflıq və hesabatlılıq prinsiplərinə xidmət edən bir texnologiyadır. Onun imkanlarından düzgün və etik şəkildə istifadə olunduqda, bu texnologiya korrupsiyaya qarşı mübarizədə güclü bir alətə çevrilə bilər. Məsələn, Sİ texnologiyaları vasitəsilə dövlət satınalmalarında şəffaflıq təmin edilə bilər, qeyri-qanuni fəaliyyətlər avtomatik şəkildə aşkarlana bilər, maliyyə əməliyyatlarında uyğunsuzluqların aşkarlanması sürətlənə bilər. Eyni zamanda, süni intellekt sistemləri böyük həcmli məlumatları emal edərək, insanın görə bilmədiyi nümunələri müəyyən edə və bu vasitə ilə riskli sahələri əvvəlcədən təyin edə bilər”.
Ekspertin sözlərinə görə süni intellekt əmək məhsuldarlığını artırmaqla iqtisadi inkişafı dəstəkləyə, insanların gündəlik həyatını asanlaşdıra və qərarvermə proseslərini daha səmərəli və düzgün edə bilər:
“Məsələn, tibbdə diaqnostik proseslərin avtomatlaşdırılması, hüquqda hüquqi sənədlərin təhlili və ya təhsildə fərdi yanaşma imkanları süni intellektin faydalı tətbiqlərinə nümunədir. Lakin qeyd etmək lazımdır ki, süni intellektin bu güclü imkanlarından mənfi məqsədlərlə istifadə olunduqda, bu, cəmiyyətdə dərin problemlərə səbəb ola bilər. Məsələn, məlumatların manipulyasiyası, şəxsi məlumatların sui-istifadəsi, diskriminasiya və ədalətsiz qərarların verilməsi kimi hallar süni intellektin mənfi istifadəsinin nəticələridir. Bu səbəbdən, süni intellekt texnologiyalarının tətbiqində etik qaydalara riayət etmək, şəffaflıq təmin etmək, alqoritmik məsuliyyəti nəzərə almaq və mütəmadi audit mexanizmləri ilə nəzarət həyata keçirmək olduqca vacibdir. Cəmiyyət və müvafiq qurumlar bu texnologiyanın həm faydalarını, həm də risklərini dərk etməli, istifadənin hər bir mərhələsində ehtiyatlı və məsuliyyətli davranmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya
Ərdoğan: Türkiyə qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir
12:23 30.08.2026
Region
Böyük fəlakət: Trilyonlarla dollarlıq ziyan vurulacaq
12:05 30.08.2026
Maraqlı
Finlyandiya Prezidenti: Rusiyanın NATO-ya hücum edəcəyinə inanmıram
11:32 30.08.2026
Dünya
Qadınlarda ağciyər xərçəngi artır
10:57 30.08.2026
Sağlamlıq
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
10:36 30.08.2026
Dünya
Səhərlər sizə yaxşı təsir edəcək 4 fəaliyyət
10:11 30.08.2026
Maraqlı