Türkiyə Kosmik Agentliyi: Azərbaycanla peyk istehsalı sahəsində birgə hədəflərimiz var
Yusif Nəzərli
13:08 16.11.2024
Texnologiya
948
2023-cü il Türkiyə üçün qızıl dövr oldu, ilk astronavtımız Alper Gezeravcını beynəlxalq kosmos stansiyasına göndərdik.
Bunu APA-a açıqlamasında Türkiyə Kosmik Agentliyinin rəhbəri Yusuf Kıraç deyib.
O, Azərbaycan və Türkiyənin kosmik sahədə əməkdaşlığından danışıb: "Digər tərəfdən, Türkiyə öz istehsal etdiyi xəbərləşmə peykini-Türksat 6A-nı göndərdi. Bununla Türkiyə dünyada öz xəbərləşmə peykini hazırlayan 11-ci ölkə oldu. Beləliklə, həm peyk texnologiyası, həm də digər kosmik sahələrdə irəliləyişlər Azərbaycanla təcrübə mübadiləmiz üçün çox önəmlidir. Azərbaycanın bizə, bizim də Azərbaycana ötürə biləcəyimiz təcrübələr var. Hazırda Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) ilə çox yaxın fəaliyyət göstəririk. Azərkosmos və Türkiyə Kosmik Agentliyi olaraq gələcək layihələrdə birlikdə gözəl işlər ortaya qoyacağımıza inanıram. Eyni zamanda Türk Dövlətləri Təşkilatının üzvləri olaraq da peyk istehsalı və digər sahələrdə birlikdə fəaliyyət və hədəflərimiz var. İrəlidəki zamanlarda bu əməkdaşlığımız hər iki ölkəyə ciddi faydalar verəcək. Həm Azərbaycan, həm Türkiyənin peykləri var. Bunlar çox ciddi datalara malikdir. Bunların qarşılıqlı paylaşımı, bərabər işlənməsi, eyni zamanda birlikdə "Kosmik Hava Tətbiqi Mərkəzi"nin məlumatlarını birlikdə işləməklə iki ölkə arasında məlumat paylaşımında ciddi irəliləmələr əldə edə bilərik".
O, həmçinin Azərbaycanın peyklərindən alınan məlumatlar hər iki ölkə üçün ciddi nəticələrə gətirib çıxaracaq məlumatlardır: "İnanıram ki, hər iki ölkənin peyklərindən alınan məlumatlarla qarşıdakı vaxtlarda daha geniş analizlər apara biləcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi