
“XəzərTV -yə hücum milli təhlükəsizlik məsələsidir!” - Ekspert
12:56 06.10.2025
Texnologiya
566
Kiberhücum təkcə texniki insident deyil - milli informasiya suverenliyi hədəfdədir
“XəzərTV-yə LockBit hücumu, təkcə texniki məsələ deyil. Məsələ, əslində, informasiya təhlükəsizliyi ilə milli informasiya suverenliyinin kəsişdiyi nöqtəyə işarə edir”.
Sherg.az xəbər verir ki, bu sözləri “Xəzər TV”yə kiberhücumun mahiyyətini şərh edən informasiya-kommunikasoya məsələləri üzrə mütəxəssis Elvin Abbasov deyib. E.Abbasov qeyd edib ki, bu gün XəzərTV-nin rəsmi saytında LockBit 5.0 ransomware hücumunun izləri aşkar olunub. Saytda "System compromised" mesajı və klassik NOTE.txt ransom-note faylı yerləşdirilib:

- Bu hadisə yalnız texniki insident kimi qiymətləndirilə bilməz. Məsələ, əslində, informasiya təhlükəsizliyi ilə milli informasiya suverenliyinin kəsişdiyi nöqtəyə işarə edir. Ransomware hücumları təkcə server və infrastruktur sistemlərini deyil, dövlətin informasiya etibarını və ictimai etimadı da hədəf alır. Media qurumlarının kompromit olunması, ictimai məlumat axınını manipulyasiya etmək və regionda “kiber nüfuz müharibəsi” aparmaq məqsədilə istifadə edilə bilər. Belə hücumlar nəticəsində yaranan itkilər təkcə texniki xarakter daşımır. Burada həm də reputasiya, məlumat etibarı və strateji sabitlik kimi elementlər zərbə altına düşür. Bu hadisə bir daha göstərir ki, milli informasiya infrastrukturu sistematik şəkildə qorunmalı, media resursları kritik aktivlər siyahısına daxil edilməlidir. Kiberhücumlar artıq hərbi-siyasi təsir vasitəsinə çevrilib və iqtisadi, reputasiya təzyiqi üçün istifadə olunur. Ransomware ilə mübarizə yalnız texniki məsələ deyil; bu, milli təhlükəsizlik məsələsidir. Real cavab yalnız hazır insident planları, mütəmadi test olunmuş ehtiyat nüsxələr və dövlət-özəl sektor arasında koordinasiya ilə mümkündür. Əgər bu gün XəzərTV hədəfdirsə, sabah digər media resursları və strateji informasiya sistemləri ola bilər. Son illərdə bir neçə oxşar hücum dalğası müşahidə olunmuşdu. Görünür, ransomware fəaliyyətləri yenidən regionda aktivləşir. Bu, həm hazırlıqlı insident cavabı planlarının, həm də dövlət-özəl sektor koordinasiyasının vacibliyini bir daha xatırladır.
Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yaydığı məlumatda isə bildirilir ki, bu ilin yanvar-sentyabr aylarında dövlət qurumlarına qarşı 648 kiberhücum indikatoru (IOC) müəyyən edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz azdır. Qeyd olunan kibertəhdidlərin 216-sı daxili araşdırma, 434-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması nəticəsində aşkarlanaraq bloklanıb. Təkcə sentyabr ayında isə 36 kiberhücum qeydə alınıb ki, bu da ötən ilin göstəricisinə nisbətən 44 faiz azdır. Məlumata görə, 2024-cü ildə dövlət qurumlarına ümumilikdə 1070 kiberhücum edilib. Onların 550-si daxili araşdırmalar, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması nəticəsində müəyyən olunaraq bloklanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib
20:18 09.11.2026
Dünya
Mehriban Əliyeva sosial media hesabında Hacıqabuldan paylaşım edib
19:44 09.11.2026
Gündəm
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya