Vladimir Putin Britaniyanın baş naziri ilə görüşdü


Rusiya prezidenti və Böyük Britaniyanın baş naziri görüşüb.

APA -nın "The Guardian"-a istinadən verdiyi xəbərə görə, Vladimir Putin və Tereza Mey arasında görüş Osakada G20 sammiti çərçivəsində baş tutub.

Qeyd edək ki, Putin və Mey arasında sonucu dəfə geniş görüş 2016-cı ilin sentyabrında Çinin Xançjou şəhərində keçirilən G20 zirvəsində olub. 2018-ci ilin mart ayında baş verən "Skripal işi"dən sonra iki ölkə arasında əlaqələr pisləşib və liderlər arasında təmas olmayıb. Yalnız 2018-ci ilin sonunda Argentinada keçirilən G20 zirvəsində Putin və Mey ayaqüstü görüşüblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu