Professor Lətifə Həsənova vəfat edib

Bakı Dövlət Universitetinin müəllimi, tarix elmləri doktoru, professor Həsənova Lətifə Lazım qızı uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, o, 1968-ci ildə orta məktəbi gümüş medalla bitirib Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. Universitetin əyani aspiranturasını bitirdikdən sonra BDU-nun Azərbaycan tarixi kafedrasında müəllimlikdən professor vəzifəsinə qədər yüksəlib. Yüksək mədəniyyətə və ensiklopedik biliyə malik olan Lətifə xanım 2005-ci ildə doktorluq dissertasiyası müdafiə edib.

Yüzlərlə elmi məqalənin, bir neçə tədqiqat əsərinin müəllifi olan professor, elmi kadrların hazırlanmasında xeyli zəhmət çəkmiş alimlərdən biri idi. Bir neçə dissertasiya şurasının və elmi, nəzəri, metodik jurnalın redaksiya heyətinin üzvü idi. Elmi fəaliyyəti əsasən XIX əsr Azərbaycan tarixi və XX əsrin ikinci yarısı Azərbaycanın əhali tarixi ilə bağlı idi. Allah rəhmət eləsin! 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu