Azərbaycan niyə AŞPA- Rusiya razılaşmasının əleyhinə getməlidir ? ! – İZAH


“Rusiyanın AŞPA-ya qayıtması qətnaməsinə Azərbaycanın da səs verməsi düzgün siyasi seçimdir”. 

Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Ekspert bildirib ki, əgər, AŞPA Rusiyanın quruma qayıtmasını qəbul edirsə, bu istiqamətdə hazırlıq işləri aparırsa, Azərbaycanın bunun əleyhinə getməsi şimaldan ölkəmizə qarşı ciddi təzyiqlərə səbəb ola bilər: 


“Moskva ilə Bakı arasında Dağlıq Qarabağ məsələsi çıxmaq şərti ilə, bir sıra istiqamətlərdə qarşlıqlı əməkdaşlıq platforması var. Azərbaycan niyə AŞPA- Rusiya razılaşmasının əleyhinə getməlidir ? Gürcüstanın buna getməsi aydındır. Ermənistanın bəzi deputatlarının da qətnamənin əleyhinə səs verməsi əsasən bu iki ölkədə anti-Rusiya siyasəti ilə bağlıdır. Azərbaycanın mövcud siyasətində anti-Rusiya fəaliyyəti yoxdur. Ona görə də həssas bir dönəmdə əlavə problemlərin olması milli maraqlarımıza uyğun deyil”. 

Analitik xatırladıb ki, AŞPA Rusiyanı Krımı ilhaq etdiyi üçün qurumdan uzaqlaşdırmışdı: 

“İlk növbədə AŞPA Rusiyanı quruma qaytarmalı idi. Bu, təşkilatın öz problemidir və Avropanın təhlükəsizliyinə özləri cavabdehdir. Məlumat üçün deyim ki, 2001-ci ildə AŞPA işğalçı Ermənistanı ölkəmizlə birgə quruma qəbul edib. Belə çıxır ki, o zaman Azərbaycan Ermənistanın quruma daxil olduğuna görə təşkilatı tərk etməli idi?! AŞPA siyasi dialoq mərkəzidir və oradakı tribunadan həm Rusiyanın, həm də Ermənistanın regionda deastiblizasiya və militarist siyasətini tənqid etməliyik. Ukrayanın qurumu tərk etməsi də anlaşılandır.

Kiyev sərt şəkildə buna etiraz etməlidir. Şübhəsiz, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və Krımın tezliklə Ukraynanın tərkibinə qatılmasından yanadır”.


İsmayıl  


Paylaş

Bizi Facebookda izləyin
menu
menu