Minsk-2019: Velosipedçimiz final səddini keçə bilmədi


Azərbaycan velosipedçisi Sergey Omelçenko Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarında qüvvəsini sınayıb.

APA -nın məlumatına görə, trek yarışlarında çıxış edən idmançımız sprintdə mübarizə aparıb.
Təsnifat mərhələsində 200 metri 10,805 saniyəyə qət edən yığma üzvü 22 velosipedçi arasında sonuncu olub. Buna baxmayaraq, S.Omelçenko 1/32 finala yüksəlib.
İdmançımız bu mərhələdə polşalı Mateuş Zbiqnev Rudikə rəqib olub. Sonuncu məsafəni 10,974 saniyəyə qət edib. Ondan 0,291 saniyə geri qalan velosipedçimiz 1/16 finala yüksələ bilməyib.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu